Londonda ölən 34 yaşlı Natəvanla bağlı açıqlama
Tarix: 13-05-2026 | Saat: 13:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Diasporla İş üzrə Dövlət Komitəsi İngiltərədə vəfat edən azərbaycanlı qadınla bağlı məlumat yayıb.
aia.az xəbər verir ki, məlumatda soydaşımız, diaspor fəalı olan Natəvan Qasımzadənin ömrünün 34-cü ilində vəfat etdiyi qeyd olunub.
1992-ci ildə Bakıda anadan olan N.Qasımzadə orta və bakalavr təhsilini doğma şəhərində başa vurub. Daha sonra İngiltərənin “Westminster” Universitetində “Hematologiya” ixtisası üzrə magistr təhsili alıb və həmin ölkədə tibb sahəsində çalışmağa başlayıb.
Məlumatda bildirilib ki, N.Qasımzadə İngiltərədə diaspor fəaliyyətinə aktiv qoşularaq Azərbaycan həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl işlər görüb. 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyəti tarixi faktlara əsasən düzgün məlumatlandırmaqda fəal rol oynayıb. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi layihələrdə iştirak edərək diaspor fəaliyyətinə töhfələr verib.
Komitə Natəvan Qasımzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, N.Qasımzadənin hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər