Azər Kərimli: “Ulu Öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb”
Tarix: 08-05-2026 | Saat: 13:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bu il may ayının 10-da Azərbaycan xalqı özünün xilaskar oğlu, Dünya Azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü sonsuz sevgi və dərin ehtiram hissi ilə qeyd edəcək. Artıq altıncı ildir ki, biz bu əlamətdar günü qalib ölkənin vətəndaşları kimi qeyd etməkdən qürur duyuruq. 2020-ci ildə Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq Ulu Öndər Heydər Əliyevin ən böyük, ən mühüm vəsiyyətinə əməl etdi. Torpağımızı 30 illik erməni işğalına son qoyuldu. Ötən əsrin sonlarında özünün dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın bu tarixi hadisədən cəmi iki il sonra yenidən həm suverenliyini, həm də dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı hamıya məlum olan faktdır. Həmin dövrdə ölkədə yaranmış qarışıqlıq və özbaşınalıq sayəsində hakimiyyətə gəlmiş siyasi qüvvələrin səriştəsizliyi, cərəyan edən dağıdıcı proseslər Azərbaycanı real olaraq parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta torpaqlarımızın işğalı faktı da arxa plana keçmişdi. Belə bir çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Ulu Öndərin 1993-cü ildə ölkədə siyasi hakimiyyətə tarixi qayıdışı dövlətçiliyin və müstəqilliyin, Azərbaycanın bütövlüyünün qorunub saxlanmasında əsas həlledici amili oldu. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası isə ölkəmizdə genişmiqyaslı hüquqi islahatların əsasını təşkil etdi.”
Bu sözləri Ulu Önər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, ötən əsrin ikinci yarısından respublikamızın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olan Heydər Əliyev artıq həmin vaxtdan etibarən Azərbaycanın gələcək müstəqilliyinin siyasi-ideoloji və iqtisadi əsaslarının formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atıb: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 1969-cu il ən yeni Azərbaycan tarixində ölkəmizi və xalqımızı bu gün yaşadığımız yüksək rifah və inkişaf dövrünə gətirən yolun başlanğıc nöqtəsi olub. Məhz həmin il respublikamızda ilk dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və gələcək müstəqil dövlətimizin iqtisadi, siyasi və ideoloji əsaslarının qurulmasına həsr etdi. Həmin dönəmdə SSRİ kimi nəhəng bir imperiyanın tərkibində mövcud olan Azərbaycanda da bütün digər respublikalarda olduğu kimi Sovet İttifaqının mərkəzləşdirilmiş siyasi-iqtisadi idarəçilik üsulları hökm sürürdü. Belə bir şəraitdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev özünün qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş ittifaqın bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələrinin respublikamızda inşa edilməsinə nail oldu. Həmçinin neft sənayesinin respublikanın iqtisadi inkişafındakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu Öndər 70-ci illərdə bu sahənin dinamik inkişafını, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etdi. Görülən irimiqyaslı tədbirlər nəticəsində Azərbaycanın mövcud potensial imkanları dəfələrlə artırıldı. Eyni zamanda da 1969-1982-ci illər ərzində Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyası bu gün müstəqil Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlərin əsasında duran uğurlu daxili və xarici siyasətin formalaşması üçün möhkəm zəmin yaratdı. Birmənalı olaraq demək lazımdır ki, Ulu Öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız öz Ümummilli Liderinin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2026