Adəm İsmayıl Bakuvi: “Azərbaycan-İtaliya münasibətləri Avropa ilə Cənubi Qafqaz regionu arasında mövcud olan əlaqələr sisteminin ən etibarlı halqasıdır”
Tarix: 06-05-2026 | Saat: 12:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bu gün Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir. Məlumdur ki, İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. 20 fevral 2020-ci il tarixində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri qeyd edib ki, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək inkişaf dinamikasını bir daha nümayiş etdirdi: “Səfər zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat da göstərir ki, Azərbaycan-İtaliya əlaqələri təkcə ikitərəfli diplomatik münasibətlər kontekstində deyil, həm də Avropa enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair imzalanmış iki bəyannamə iki ölkə arasında münasibətlərin əsasını təşkil edir və bu sənədlərdə təsbit edilmiş məsələlər bu gün real həyatda öz əksini tapır. Həmçinin xanım Meloninin Ermənistanda öz proqramını bitirib Azərbaycana gəlməsi xüsusi məna daşıyır və Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.”
Müsahibimiz daha sonra bildirib ki, İtaliya bazarı ölkəmiz üçün həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır: “Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Dünən keçən danışıqlar əsnasında bu həcmi artırmaq üçün müzakirələr aparılıb. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır və bu proses davam etdirilir. Burada diqqət çəkən mühüm məqam İtaliya dövlət rəhbərliyinin TAP layihəsi ətrafındakı problemlərin həllinə şəxsən nəzarət etməsidir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropa bazarında tutduğu mövqe, məhz güclü siyasi iradə və əməkdaşlıq modelinin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin də çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Bu bəyanat bir daha təsdiq edir ki, enerji layihələri təkcə iqtisadi deyil, həm də siyasi və diplomatik alətlərdir. Azərbaycanın İtaliya ilə münasibətləri isə bu alətlərdən səmərəli istifadə edən uğurlu model nümunəsidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-05-2026