Mobil versiya
Paris sammiti ətrafında diplomatik gərginlik – NATO və Aİ rəhbərliyi iştirakdan kənarlaşdırılıb
Tarix: 17-04-2026 | Saat: 14:14
Bölmə:Özəl | çapa göndər

Paris sammiti ətrafında diplomatik gərginlik – NATO və Aİ rəhbərliyi iştirakdan kənarlaşdırılıb


Böyük Britaniyanın baş naziri Kir Starmerin Hörmüz boğazındakı gərginliklə bağlı təşkil etdiyi sammit Avropa siyasi dairələrində yeni diplomatik qalmaqala səbəb olub.

“Financial Times”ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin görüşə dəvət olunmasına etiraz edib və onların iştirakına mane olub.

Məlumata əsasən, Fransa tərəfi sammitin yalnız hökumət başçıları formatında keçirilməsini əsas gətirərək siyahıda dəyişikliklər edib. Bu qərar isə Avropa daxilində koordinasiya və vahid mövqe məsələlərini yenidən gündəmə gətirib.

Ekspertlərin fikrincə, bu addım Avropanın təhlükəsizlik və xarici siyasət məsələlərində NATO və Aİ institutları arasında mövcud ziddiyyətlərin açıq göstəricisi kimi qiymətləndirilir. Hadisə həm də İran ətrafında artan gərginlik fonunda Qərb blokunda koordinasiyanın zəiflədiyi barədə müzakirələri gücləndirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026