ABŞ Suriyada hərbi missiyanı başa çatdırdı – regionda yeni mərhələ
Tarix: 17-04-2026 | Saat: 14:40
Bölmə:Özəl | çapa göndər

ABŞ Suriyanın şimal-şərqində yerləşən Kasrak bazasını tam tərk etməklə ölkədəki quru hərbi əməliyyatlarına rəsmi olaraq son qoyub. Məlumata görə, bu addım 2014-cü ildən davam edən İŞİD-ə qarşı missiyanın yekunu kimi qiymətləndirilir.
Son ABŞ hərbi karvanının çıxması ilə bölgədə nəzarətin Suriya hökumət qüvvələrinə keçdiyi bildirilir. Bununla belə, Vaşinqtonun regiondakı təsir imkanlarının tamamilə aradan qalxmadığı qeyd olunur.
Siyasi şərhçilər hesab edirlər ki, ABŞ-nin bu qərarı Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcı ola bilər. Ekspert Aydın Quliyevin fikrincə, bu çıxış regionda digər xarici hərbi mövcudluqların gələcəyi ilə bağlı yeni müzakirələri də gündəmə gətirə bilər.
Onun sözlərinə görə, Suriyada ABŞ və müttəfiqlərinin təsiri tam itmiş sayılmır və proseslər gələcəkdə Rusiyanın hərbi mövcudluğu ilə bağlı da yeni diplomatik gündəm yarada bilər. Hazırda isə bölgədə qüvvələr balansının yenidən formalaşdığı qeyd olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2026