ADY-dən yeni plan: 2030-a qədər 20 yeni qatar alınacaq
Tarix: 17-04-2026 | Saat: 13:01
Bölmə:Özəl | çapa göndər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2030-cu ilə qədər sərnişindaşıma sisteminin yenilənməsi istiqamətində genişmiqyaslı planlar həyata keçirəcək. Bu barədə qurumun Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.
aia xəbər verir ki, Onun sözlərinə görə, Bakı–Hövsan marşrutu üzrə qatarların hərəkətinin bərpası da daxil olmaqla 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində yeni qatarların alınması və mövcud infrastrukturun yenilənməsi nəzərdə tutulur.
Hazırda layihələndirmə işlərinə start verildiyi bildirilir. Planlara əsasən, köhnə stansiyaların bərpası, dəmir yolu xətlərinin təmiri və sərnişin daşımalarının keyfiyyətinin artırılması istiqamətində addımlar atılacaq.
ADY-nin əsas hədəflərindən biri isə 2030-cu ilə qədər ümumilikdə 20 yeni qatarın alınmasıdır. Bu yeniliklərin ölkənin dəmir yolu nəqliyyatında xidmət səviyyəsini yüksəltməsi gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2026