Mobil versiya
Avropa Parlamenti Rusiyanın yeni regionları ilə bağlı sərt qətnaməni təsdiqləyib
Tarix: 27-11-2025 | Saat: 22:06
Bölmə:Özəl | çapa göndər

Avropa Parlamenti Rusiyanın yeni regionları ilə bağlı sərt qətnaməni təsdiqləyib

Avropa Parlamenti Ukrayna münaqişəsinin həlli ilə bağlı qətnamə qəbul edib. Sənəddə yeni Rusiya bölgələrinin tanınması rədd edilir və Rusiya qüvvələrinin Krım və Donbasdan çıxarılması tələb olunur.
Agentliyin məlumatına görə, iştirak edən 651 Avropa Parlamentinin üzvündən 401-i qətnamənin lehinə, 70-i əleyhinə səs verib, 90-ı isə bitərəf qalıb.

Sənəddə deyilir: "Avropa Parlamenti [Rusiyanın yeni bölgələrinin] ərazisinin Aİ və onun üzv dövlətləri tərəfindən qanuni olaraq Rusiya ərazisi kimi tanınmayacağı mövqeyini bir daha təsdiqləyir".
Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukrayna ilə bağlı hər hansı bir razılaşma Rusiyanın Krım, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXR) və Zaporojye və Xerson bölgələrindən imtina etməsini tələb etməlidir.

Qətnamədə vurğulanır ki, hər hansı bir sülh müqaviləsi Rusiyanı Ukraynaya dəyən bütün maddi və qeyri-maddi zərəri tam ödəməyə məcbur etməli və bütün Rusiya qüvvələrinin yeni bölgələrin ərazisindən çıxarılmasını təmin etməlidir.

Bundan əlavə, sənəddə deyilir ki, avropalılar BMT missiyasının "təmas xəttinin hər iki tərəfində" yerləşdirilməsində israr edirlər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2025