Tamam Cəfərova: Dilimizi qorumaq – dövlətimizi, milli yaddaşımızı qorumaq deməkdir
Tarix: 06-11-2025 | Saat: 11:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

2025-ci ilin 3 noyabr tarixi Azərbaycan elmi ictimaiyyətinin yaddaşına xüsusi əlamətdar bir tarix kimi həkk olundu. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə dövlət başçısı Cənab İlham Əliyevin iştirakı və çıxışı ölkənin elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirildi. Bu tədbir təkcə elm ocağının yubileyi deyil, həm də müstəqil Azərbaycanın elminə, ziyalısına və milli intellektual potensialına verilən ali qiymətin təzahürü və həm də elmi ictimaiyyət üçün yol xəritəsi idi.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Prezident İlham Əliyev çıxışının əvvəlində AMEA-nın 80 illik fəaliyyətini yüksək qiymətləndirərək, onun ölkəmizin elmi və intellektual həyatında oynadığı aparıcı rolu xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, AMEA müxtəlif ictimai-siyasi dövrlərdə, fərqli şəraitlərdə fəaliyyət göstərsə də, Azərbaycan hər zaman elmin inkişafına böyük diqqət ayırmış, elmi potensialını qoruyub saxlamışdır. Akademiyanın elmi nailiyyətləri və formalaşdırdığı elmi məktəblər ölkənin mədəni, iqtisadi və texnoloji inkişafına mühüm töhfə vermişdir. Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi, onun maddi-texniki təminatının yaxşılaşdırılması, yeni elmi-tədqiqat institutlarının yaradılması, elmin inkişafına nəzərəçarpan vəsaitin ayrılması Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında göstərdiyi misilsiz xidmətləri xatırladan Prezident İlham Əliyev bildirib ki, 1970-ci illərdə məhz Heydər Əliyevin rəhbərliyi ilə AMEA-nın fəaliyyətinin genişləndirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi kadrların hazırlanması sahəsində böyük addımlar atılmışdı. Azərbaycanlı gənclərin bilik və bacarıqlarının artırılması, onların ölkənin siyasi, iqtisadi sferalarında, ordu quruculuğunda iştirakının artırılması məqsədilə sovet ittifaqının nüfuzlu ali məktəblərində təhsil almaları üçün göndərilməsi Azərbaycanın dayanıqlı əsaslarla inkişafının, özünüdərkin daha da dərinləşdirilməsinin əsasını qoydu. Ulu Öndərin bu strategiyası müstəqillik illərində də davam etdirilərək Azərbaycanın yüksəkixtisaslı kadrların beynəlxalq səviyyədə yetişdirilməsinə, elmi irsin davamlı inkişafına zəmin yaratmışdır.
Millət vəkili qeyd edib ki, Dövlət başçısı yubiley tədbirindəki çıxışında çağdaş dövrün əsas prioriteti olan texnoloji inkişafın əhəmiyyətinə də toxunub. Prezidentin sözlərinə görə, bu gün hər bir ölkənin iqtisadi qüdrəti, təhlükəsizliyi və beynəlxalq nüfuzu birbaşa texnoloji imkanlardan asılıdır: “Bu gün biz bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, o cümlədən yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”. Prezident İlham Əliyev “dövlət bu istiqamətdə elm adamlarına hərtərəfli dəstək göstərəcək, elmi-texnoloji inkişaf milli strategiyanın aparıcı xəttinə çevriləcək” sözləri ilə Azərbaycan elminə, alim və ziyalılarımıza diqqət və qayğısını nümayiş etdirib.
Prezidentin çıxışında Azərbaycan dilinə münasibət də xüsusi yer tutur. Ölkə başçısının Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər isə bu konsepsiyanın mənəvi dayağıdır. Dövlət başçısı haqlı olaraq bildirdi ki, “təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti.” Bu fikrin arxasında həm mədəni, həm milli, həm də strateji məsuliyyət dayanır. Dil – xalqın varlığının simvoludur, onun kimliyini, düşüncə tərzini, mənəviyyatını yaşadır. Azərbaycan dili qədim və zəngin dildir. Bu dil 50 milyondan çox insan üçün ana dilidir, və onun inkişafı həm dövlətin, həm də cəmiyyətin birgə məsuliyyətidir. Prezidentin bu çağırışı – ictimai fəallardan, alimlərdən, ziyalılardan tutmuş medianın, təhsil müəssisələrinin hər birinə ünvanlanmış bir vəzifədir: dilimizin saflığını qorumalı, ədəbi dildə danışmağı və yazmağı gündəlik vərdişə çevirməliyik.
Deputat bildirib ki, Azərbaycan dili bizim milli kimliyimizin sütunudur və onun saflığının qorunması, tədrisinin gücləndirilməsi və gənclər arasında daha geniş istifadəsi bu gün hər birimizin borcudur. Çünki dilimizi qorumaq – dövlətimizi, milli yaddaşımızı qorumaq deməkdir. Ölkə Başçısının çıxışı təkcə akademik icmaya yox, bütövlükdə cəmiyyətə ünvanlanmış mesaj idi. Dövlətimizin başçısı bir daha göstərdi ki, Azərbaycan tarixini yazmaq, onu elmi və siyasi platformalarda müdafiə etmək yalnız alimlərin işi deyil, hər bir ziyalının, hər bir vətəndaşın borcudur.
Prezidentin AMEA-nın 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı hər bir Azərbaycan aliminin, ziyalısının qarşısına yeni vəzifələr qoyaraq onları elmin inkişafına, texnoloji tərəqqiyə və milli-mənəvi dəyərlərin qorunmasına səsləyib.
“Biz güclü dövlətik, çünki güclü tarixi yaddaşa sahibik. Və bu yaddaşı gələcək nəsillərə ötürmək, onu təhriflərdən qorumaq bizim –ziyalılarımızın, alimlərimizin, gənclərimizin bütövlükdə Azərbaycan xalqının birgə məsuliyyətidir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan xalqı tarixinin ən qüdrətli mərhələsini yaşayır. Bu qüdrəti qorumağın yolu isə elmdən, dildən, milli yaddaşdan keçir”. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-11-2025
07-11-2025