119 il öncə bu gün
Tarix: 01-11-2025 | Saat: 21:04
Bölmə:Özəl | çapa göndər

119 il öncə bu gün – hicri təqvimlə 26 ramazanalmübarək 1324-cü, miladi təqvimlə 1 noyabr
1906-cı ildə, bir çəharşənbə günü Azərbaycan mətbuatında yeni bir hadisə baş verdi.
119 il öncə bu gün ədəbi, fənni, siyasi, ictimai müsəvvər həftəlik bir türkcə məcmueyi-islamiyyə zühur etdi. Bəli, bəli, əziz dostlar, türkcə məcmuə.
119 il öncə bu gün idarəsi Qafqaziya Badkubəsinin o zamankı Nikolayevski küçəsində, mərhum xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xanəsindəki (mülkündəki) ˝Füyuzat˝ və ˝Kaspi˝mətbəəsində yerləşən, abunə sistemi ilə fəaliyyət göstərən bir dərgi nəşrə başladı.
119 il öncə bu gün Həyati: ˝Həyatın mənası, mənayi-həqiqisi nədir?.. Hərəkət, fəaliyyət, rəqabət, mübarizə nə üçündür? Nəşvü nüma, dövri-kəmal nəyə lazımdır? Həyatın mənayi-həqiqisi nədir?˝ – suallarını verdi.
119 il öncə bu gün Əli bəy bu suallara cavab aradı. Arayıb tapdığı cavabı oxucularına anlatdı: ˝Həyat mənayi-batinisiylə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır˝, – dedi. ˝Sözümüzə diqqət buyurulsun: ˝Həyat füyuzatdır˝demiyoruz, ˝Həyat meyli-füyuzatdır˝diyoruz!.. Təbiri-axarla həyat füyuzati-vicdaniyyəyə meyl arzusudur... Bir fərddə, bir cəmaətdə, bir millətdə, bütün bəşəriyyətdə şövqi-füyuzat yox isə, o fərdi, o cəmaəti, o milləti, bütün bəşəriyyəti ölü saymalıdır˝.
119 il öncə bu gün bir icmalla Azərbaycandan Rusiyaya, Koreyadan Mancuriyaya, Yaponiyadan Filippinə, Türkiyədən Avropaya dünyanın ictimai-siyasi vəziyyəti təhlil edildi.
119 il öncə bu gün Əli bəy Hüzeynzadə ˝İcmal˝ında oxucunu daha bir sualla düşündürdü: ˝Əcəba, bizim ˝Füyuzat˝ nə ilə məşğuldur?˝
119 il öncə bu gün mətbuatımızda dünya ədəbiyyatının şedevrlərindən sayılan ˝Faust˝dan bir hissə türkcə, bəli, məhz türkcə, yerli Azərbaycan türkcəsində oxucuya təqdim edildi.
119 il öncə bu gün Məhəmməd Hadi ˝Fünun və maarif˝i ilə hayqırdı: ˝Maarif ruhi-vicdandır, maarif cani-imkandır˝. 119 il öncə həqiqəti baş tacı edənlərin həqiqi zövq və səfalara yetə biləcəklərini savunan şair
˝Amali-tərəqqi˝sində yazırdı:
˝Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə edər növi-bəşər təhsili-hürriyyət.
Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,
Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,
Həqiqətbin olanlar vasili-fövzü hidayətdir˝.
119 il öncə bu gün Kiprdən Bakıya yazı göndərən Əhməd Raiq üsyan edirdi, səsini, ününü bütün türk yurdlarına, türk ellərinə çatdırmaq üçün didinirdi: ˝Tövhidi-lisan iləhəp milli, sırf türk malı, parlaq bir ədəbiyyat… Hüdudi-Çindən Ağ dənizə qədər bütün türklərin şükufeyi-ruhi olacaq bir ədəbiyyati-qərra vücuda gətirilməsi zamanı gəlmişdir… Türklərin mətbuat vasitəsilə bir təmasi-daimiyi-fikri halında bulunması.. yekdigərinin təkəmmülat və tərəqqiyati-lisaniyyəsini təqib etməsi əlzəmdir…˝
119 il öncə bu gün Dəli şair insanlığa üzünü tutub sual edirdi:
˝Səmadan bir mələk heyrətlə der: İnsanlar! İnsanlar!
Nədir bu, ruyi-ərzi qaplıyor al qanlar, insanlar!˝
119 il öncə bu gün Şərqin övladı Midhət paşa Qərbin övladı Tolstoyla bərabər Qafqaz övladlarına tanıdıldı.
119 il öncə bu gün Əli bəy Hüseynzadə ˝Midhat paşa kimdir?˝ ˝Tolstoyluq nədir?˝ sualları ilə oxucusunu öz coğrafiyasının hüdudlarından kənarda olub bitən hadisələrə, yaşayıb-yaratmış insanlara biganə qalmamağa çağırırdı.
Bəli, əziz oxucu, bunlar və daha da artığı məhz 119 il öncə bu gün baş vermişdi. Bəs nə idi o günü xüsusi edən?
119 il öncə bu gün mətbuatımızda, dərgiçilik tariximizdə elə bir iz açıldı ki, elə bir məktəbin təməli qoyuldu ki, o açılan cığır bu gün böyük bir yol, o qoyulan təməl bu gün böyük bir cərəyanın, düşüncə tərzinin, yaşantının bazisi olub.
119 il öncə bu gün, 1 noyabr 1906-cı ildə ˝Füyuzat˝dərgisi nəşrə başladı. Cəmi bir il – 1 noyabr 1907-ci ilədək fəaliyyət göstərən dərgi 32 sayı ilə oxucusuna nələr anlatdı, nələr. ˝Füyuzat˝ otuz ikicə sayı, 40-dan artıq yerli və Turan dünyasının dörd bir tərəfindən müəllifləri, dünyanın ən önəmli yazarlarından ən əhəmiyyətli əsərlərin tərcümələrilə, elan və açıq məktubları ilə özündən sonra köklü bir mətbu, ədəbi bir cərəyan yaratdı. Bu elə bir cərəyan idi ki, elə bir ideologiya idi ki, bu gün bizlər hətta dərginin yazarı olmayan bir çox mütəfəkkiri də füyuzatçı deyə tanıyırıq. Çünki füyuzatçılıq vahid bir dərginin yazarı olmağın hüdudlarını aşıb dünyaya baxış bucağından günlük həyatda yaşantıya qədər gəlib çatmışdı. Bəli, füyuzatçılıq, təməli 119 il öncə bu gün atılan füyuzatçılıq özündən sonrakı bir əsrin həyat fəlsəfəsinə, yaşam tərzinə çevrilməyi bacardı.
Bir dərgi kimi ˝Füyuzat˝ 2007-ci ildə yenidən cücərdi, qaldığı yerdən, 33-cü nömrədən boy atdı, yenidən köklərini torpağa doğru yaydı, dərginin nəşri Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən yenidən təsis edildi. ˝Füyuzat˝ XXI əsrin füyuzatçılarını öz ətrafına topladı. Bu gün də bizlər gərək yazılarımız, gərək nitqlərimiz, gərək davranış və yaşantımızla Əli bəy Hüseynzadələrin, Məhəmməd Hadilərin, Həsən Səbri Ayvazovların, Yusif Ziya Talıbzadələrin və digərlərinin atdığı təməllər üzərində, onlar kimi, onlardan feyz alaraq addımlamağa çalışırıq.
119 il öncə bu gün yaranan əziz ˝Füyuzat˝ı, dərginin mərhum yazarlarını dərin hörmətlə yad edirik. Ümid edirik ki, ˝Füyuzat˝ ideyaları həmişəyaşar olsun.

Ülviyyə Rəhman
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2025
21:04 119 il öncə bu gün
31-10-2025
17:17 Fədayə Laçına cin girdi