Mobil versiya
"Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
Tarix: 31-10-2025 | Saat: 13:43
Bölmə:Parlament | çapa göndər

"Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" -

""Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik layihəsi ölkəmizin energetika siyasətində mühüm bir mərhlənin başlanğıcını qoyur. Bu dəyişikliklər yalnız texniki və inzibati yenilik deyil, həm də enerji təhlükəsizliyinin, ekoloji davamlılığın və bu istiqamətdə dövlət idarəçiliyində şəffaflığın gücləndiirlməsi baxımından atılan ciddi addımdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Asif Əsgərov deyib.

O bildirib ki, enerji səmərəliliyi təkcə iqtisadi məsələ deyil, həm də ekoloji məsuliyyət, sosial rifah və milli təhlükəsizlik məsələsidir: "Enerjinin düzgün və qənaətli istifadəsi resursların qorunmasına və istehsal xərclərinin azalmasına xidmət etməklə yanaşı gələcək nəsillər üçün davamlı inkişafın təmin olunmasında mühüm rol oynayacaq. Bu mənada təqdim olunan dəyişikliklər strateji əhəmiyyət daşıyır və Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2025