Mobil versiya
"Anti-Korrupsiya" AMEA-da araşdırma aparır - İsa Həbibbəyli...
Tarix: 31-10-2025 | Saat: 17:56
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Anti-Korrupsiya" AMEA-da araşdırma aparır -

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı araşdırma aparır.

aia.az xəbər verir ki, “haqqin.az” saytının məlumatına görə, araşdırma təkcə Ramiz Mehdiyevin deyil, həm də hazırkı AMEA Prezidenti İsa Həbibbəylinin və daha əvvəl quruma rəhbərlik etmiş Akif Əlizadənin fəaliyyətini əhatə edir. İstintaq AMEA-da mənimsəmə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmadığını müəyyən edir.

Əvvəllər AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı cinayət işləri müxtəlif illərdə açılıb və Baş İdarə tərəfindən araşdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2025