İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində 45 fələstinlini həbs edib
Tarix: 22-10-2025 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin bir neçə bölgəsində reydlər keçirib və 45 fələstinlini həbs edib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron, Qalkilya, Tulkerim, Nablus, Tubas, Cenin, Şərqi Qüds və Bire şəhərlərinə basqın edib
Hebron şəhərinə cəmləşən basqınlarda İsrail ordusu şəhərlərdə hərbi nəzarət məntəqələri qurub.
İsrail əsgərləri basqınlar zamanı fələstinlilərin evlərində axtarış aparıb və bəzi fələstinliləri döyərək 45 nəfəri həbs edib.
Saxlanılanlar arasında bir uşaq və keçmiş məhbusların olduğu bildirilir.
İsrail 2023-cü il oktyabrın 8-də Qəzza zolağına qarşı hücuma başladıqdan sonra işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinliləri hədəf alan həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
İsrail zeytun biçini zamanı fələstinlilərə dəstək verən 32 xarici fəalı deportasiya edib.
İsrail Daxili İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada 32 əcnəbi fəalın bölgədəki hərbi rəsmilərin göstərişlərinə tabe olmadıqları üçün deportasiya edildiyi bildirilib. Bəyanatda qeyd olunub ki, sözügedən fəallar “terror təşkilatı” olduğu iddia edilən “Kənd Təsərrüfatı Əmək Komitələri İttifaqı”nın üzvləridir.
Qərb Şəriyənin şimalındakı Yəhudi Məskunlaşma Şurasının sədri Yusi Daqanın tələbi əsasında fəalların deportasiya edildiyi ifadə edilən açıqlamada, sözügedən 32 fəalın 99 ildir ölkəyə girişinə qadağa qoyulduğu qeyd edilib.
Bəyanatda deportasiya edilən fəalların milliyyətləri barədə məlumat verilməyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2025