Qubadlı Zəfərin qüruru, qayıdışın müjdəsidir
Tarix: 22-10-2025 | Saat: 15:20
Bölmə:Siyasət | çapa göndər

Oktyabrın 25-i Qubadlı şəhəri günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında qürurla, şərəflə, Zəfər ruhu ilə anılır. 2020-ci ilin həmin möhtəşəm günündə Azərbaycan Ordusu Qubadlını və onun kəndlərini işğaldan azad etməklə, Şərqi Zəngəzurun xilası yolunda böyük bir səhifə açdı. Beş il əvvəl bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bu müjdəni paylaşaraq yazmışdı:
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Bu xəbər Vətən müharibəsinin 29-cu günündə xalqımıza verilən ən böyük Zəfər müjdələrindən biri idi. Qubadlı əməliyyatı yalnız bir şəhərin azadlığı deyil, həm də düşmənin strateji mövqelərinin sarsıdılması, ovaxtkı Laçın dəhlizinə nəzarətin təmin edilməsi demək idi. Cəbrayıl və Zəngilan istiqamətində parlaq hərbi əməliyyatlar Qubadlıya gedən yolun açılmasını təmin etmişdi. Azərbaycan Ordusunun bölmələri Yazı düzü istiqamətindən irəliləyərək düşmənin 21 səngərini ələ keçirdi, Qubadlı şəhərinə və ətraf kəndlərə nəzarəti bərpa etdi. Oktyabrın 23-də Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı, Zilanlı, iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Sarıyataq, Yusifbəyli, Padar və Xanlıq kəndləri işğalçılardan təmizləndi. Bu uğurlu əməliyyat zamanı bölgənin ən gərgin döyüşlərindən biri Yazı düzü yüksəkliyində gedirdi. Cənab Prezident İlham Əliyev bu əməliyyatın əhəmiyyətini belə ifadə etmişdi: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.” Qubadlının azadlığı Şuşaya gedən qələbə yolunun ən parlaq həlqəsi oldu.
Qubadlının azad edilməsindən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə bu torpaqlara səfər ediblər. Hər səfər bir mərhələnin, bir inkişaf dövrünün təntənəsi kimi tarixə yazılıb. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də – Qubadlının azad edilməsinin ildönümündə rayon ictimaiyyəti ilə görüşdülər. Dövlət başçısı bu səfər zamanı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlini qoydu. Həmin gün “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bu səfər Qubadlıda dövlətin bərpa planlarının başlanğıcı, yeni həyatın təməl daşı oldu. Cənab Prezident İlham Əliyev 2022-ci il oktyabrın 19-da Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu. Həmin gün dövlət başçısı “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələrini təqdim etdi, “Azərişıq” ASC-nin 35 kV-luq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinə qatıldı. Bu layihələr Qubadlının gələcək iqtisadi və enerji təhlükəsizliyinin əsasını qoydu. 2023-cü il mayın 4-də cənab Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın və 600 şagird yerlik məktəbin təməlini qoydu. Həmin səfər zamanı Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpasına da start verildi.
Birinci mərhələdə Xınalıqda 356, Mahruzluda 145, Zilanlıda 159 fərdi evin tikintisi nəzərdə tutuldu. Bu səfərlərin hər biri Qubadlının taleyində bir dönüş nöqtəsidir. Cənab Prezidentin bu torpaqlarda səsləndirdiyi sözlər həm də milli qürurun, inamın və gələcəyə ümidin təcəssümüdür: “Qubadlıya həyat qayıdır. Qubadlı bərpa olunur. Biz bu torpaqlarda əbədi yaşayacağıq!” Birinci Qarabağ müharibəsində Qubadlı 238 şəhid, 190 əlil və 78 itkin verdi. Onlardan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində isə 300-ə yaxın Qubadlı sakini döyüşlərə qatıldı, 11 şəhid, 40-dan çox qazi bu torpaqların adını qəhrəmanlıq salnaməsinə yazdı. Yusifbəyli kəndindən olan Vüsal Yaqubov 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülərək Qubadlının gənc igidliyinin simvoluna çevrildi. Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi qeyd olunması, bu torpaqların dövlət yaddaşında əbədi yaşadılacağının rəsmi təsdiqidir. Bu gün Qubadlıda tikilən hər bina, salınan hər yol, ucaldılan hər abidə mübarizənin, inamın və qürurun simvoludur. Burada həyat yenidən başlayır, Böyük Qayıdışın nəfəsi hər qarış torpaqda hiss olunur. Bu gün Qubadlı azadlıq uğrunda şəhid olanların xatirəsi, qayıdan insanların sevinci, gələcək nəsillərin ümididir. Bu şəhərin adı bu gün Azərbaycan tarixində əbədi Zəfər səhifəsi kimi yaşayır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2025