Azər Kərimli: “Cənab Prezident İlham Əliyevin Astanadakı bəyanatı təkcə diplomatik çıxış deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır”
Tarix: 22-10-2025 | Saat: 16:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana etdiyi dövlət səfəri xüsusilə Xəzər hövzəsi regionu və Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Təbii ki, icra olunan Trans-Xəzər layihələrinin çox böyük coğrafiyanı əhatə edən Avrasiya məkanı üçün müstəsna strateji önəmini nəzərə alsaq, bu zaman Azərbaycan-Qazaxıstan münasibətlərini qlobal proseslərə təsiri baxımından daha obyektiv dəyərləndirə bilərik. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Astanada mətbuata bəyanatla etdiyi çıxışında iki ölkə arasında iqtisadi və logistik əməkdaşlığın genişlənməsini xüsusi vurğuladı. Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri, TRIPP marşrutu kimi təşəbbüslər, əslində, Avrasiyanın gələcək nəqliyyat xəritəsini formalaşdırır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın ərazisində görülən işlər 2026-cı ilə qədər tamamlanacaq və bu, ölkəmizi strateji logistik mərkəzə çevirəcək.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Fikirlərini davam etdirən millət vəkili cənab Prezident İlham Əliyevin bəyanatında yer almış mesajların bir daha Azərbaycanın xarici siyasətinin mərkəzində qarşılıqlı hörmət, qardaşlıq və əməkdaşlıq prinsiplərinin durduğunu nümayiş etdirdiyini diqqət mərkəzinə çəkib: “Dövlət başçımızın Qazaxıstan Prezidentinə ünvanladığı sözlər yalnız diplomatik nəzakət deyil, həm də dərin strateji baxışın ifadəsidir. Cənab Prezident öz çıxışında Qazaxıstanın müasir inkişaf yolunu yüksək qiymətləndirdi və Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkənin modernləşmə prosesinin uğurla getdiyini vurğuladı. Bəyanatda süni intellekt və yeni texnologiyaların tətbiqinə diqqət çəkilərək bildirildi ki, bu siyasət Qazaxıstanı regionda innovasiyaların mərkəzinə çevirir. Azərbaycan Prezidenti bu inkişafı “inamlı irəliləyişin göstəricisi” adlandıraraq Türk dünyasının ümumi güc potensialına da işarə etdi. Daha sonra sülh mövzusuna toxunan cənab Prezident Azərbaycanın regionda sülh və sabitlik üçün ardıcıl addımlar atdığını qeyd etdi. Xüsusilə Ermənistanla münasibətlərdə yaranan yeni reallıqlar və əldə olunan konkret nəticələr diqqətə çatdırıldı. Azərbaycan tərəfinin Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması və ilk yükün Qazaxıstan taxılı olması da bir tərəfdən həm sülhün praktik təsdiqidi, digər tərəfdən isə həm də regionda etimad mühitinin formalaşmasına real töhfə kimi qiymətləndirilməlidir. Birmənalı olaraq qeyd olunmalıdır ki, Azərbaycan və Qazaxıstanın beynəlxalq platformalarda bir-birini dəstəkləməsi, qarşılıqlı səfərlərin intensivliyi, birgə qərarların həyata keçirilməsi regional sabitlik üçün yeni model yaradır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əlaqələr artıq təkcə ikitərəfli deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid əməkdaşlıq məkanına çevirir” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2025