Mobil versiya
Parlament 2025-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub
Tarix: 30-09-2025 | Saat: 11:27
Bölmə:Parlament | çapa göndər

Parlament 2025-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub

"Milli Məclis 2025-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova deyib

Qeyd edib ki, İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülüb.

Sədr nəzərə çatdırıb ki, bu müddətdə parlamentin 22 iclası keçirilib, 110 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Parlamentin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər:

"Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 20 deputat 10 ölkəyə 23 səfər həyata keçirilib. 20 xarici dövlətin və beynəlxalq təşkilatın 23 nümayəndə heyəti, yəni 134 nəfər Milli Məclisdə olub. Milli Məclisin xətti ilə Bakıda 5 beynəlxalq təşkilatın tədbirləri keçirilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025