Mobil versiya
"Son illər bu istiqamətdə mühüm addımlar atılıb" - Əhməd İsmayılov
Tarix: 30-09-2025 | Saat: 10:40
Bölmə:Manşet / Media | çapa göndər

"Son illər bu istiqamətdə mühüm addımlar atılıb" -

Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açıb.

aia.az xəbər verir ki, bu fikirləri II Azərbaycan - Özbəkistan Media Forumumun açılış mərasimində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov söyləyib.

İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək. “Müasir dövrün tələblərindən biri də rəqəmsal medianın sürətli inkişafıdır. Bu inkişaf operativliyi artırmaqla yanaşı, həm də yeni çağırışlar meydana çıxarır. Azərbaycan və Özbəkistan bu çağırışlarla üz-üzədir. Bizim media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb və uğurlu layihələr həyata keçirilib. Mediaturlar, birgə təlimlər və müxtəlif təşəbbüslər həm jurnalistlərimizin peşəkarlığını artırır, həm də cəmiyyətimizin media savadlılığını yüksəldir”, - deyə Ə.İsmayılov vurğulayıb.

İcraçı direktor əlavə edib ki, xüsusilə saxta xəbərlərin yayılmasının qarşısını almaq baxımından birgə təcrübə və fikir mübadiləsi mühüm əhəmiyyət daşıyır. “Əminəm ki, Azərbaycan-Özbəkistanın media əməkdaşlığı daha da güclənəcək və region üçün örnək olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025