Mobil versiya
“27 Sentyabr – Anım Günü”nə həsr olunmuş şahmat üzrə TEMPO-turnir keçirilib -Fotolar
Tarix: 25-09-2025 | Saat: 17:49
Bölmə:Özəl | çapa göndər

“27 Sentyabr – Anım Günü”nə həsr olunmuş şahmat üzrə TEMPO-turnir keçirilib

YAP Tovuz rayon təşkilatı və Qazax–Tovuz RTİ-nin Tovuz rayon Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş şahmat üzrə TEMPO-turnir keçirilib.

aia.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü münasibətilə təşkil edilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə açaraq Anım Gününün xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, şəhidlərimizin qanı bahasına Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu gün gənclərin əsas vəzifəsi həmin müqəddəs dəyərlərə sahib çıxmaqdır. Məleykə Əmirzadə qeyd edib ki, şahmat kimi intellektual idman növləri gənclərdə həm düşünmə qabiliyyətini inkişaf etdirir, həm də onları mübariz ruhda yetişdirir.
Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Anım Gününün bütün Azərbaycan xalqı üçün qürur və ehtiram günü olduğunu bildirib. O, vurğulayıb ki, şəhidlərin xatirəsini əbədiləşdirmək, onların ideallarını yaşatmaq hər bir vətəndaşın mənəvi borcudur. Nihad Pənahov qeyd edib ki, Yeni Azərbaycan Partiyası daim gənclərin inkişafına, onların həm vətənpərvər ruhda, həm də savadlı və dünyagörüşlü böyüməsinə xüsusi diqqət göstərir.

Sonra Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva çıxış edərək gənclərin hər zaman dövlətin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. O, bildirib ki, məktəblilərin müxtəlif idman və intellektual yarışlarda iştirakı onların həm sağlam böyüməsinə, həm də gələcək uğurlarına zəmin yaradır. Aysel Quliyeva gənclərə uğurlar arzulayaraq, belə tədbirlərin davamlı olacağına inamını ifadə edib.

Turnirdə məktəblilər iki qrup üzrə mübarizə aparıblar. A qrupunda I və II dərəcəli şahmatçılar, B qrupunda isə III, IV dərəcəli və dərəcəsiz oğlan və qızlar iştirak ediblər. Ümumilikdə 65 şagirdin qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib.

Sonda qaliblərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim edilmiş digər yarış iştirakçılarına gələcək turnirlərdə uğurlar arzulanmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2025