Mobil versiya
Sahibə Qafarova və Syed Yusuf Raza Gilani arasında telefon danışığı olub
Tarix: 25-09-2025 | Saat: 17:20
Bölmə:Gündəm / Parlament | çapa göndər

Sahibə Qafarova və Syed Yusuf Raza Gilani arasında telefon danışığı olub

Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani arasında telefon danışığı olub.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan və Pakistan arasında strateji münasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında uğurla inkişafından razılıq ifadə olunub. İki ölkə arasında əlaqələrin dərinləşməsində Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolu vurğulanıb.
Tərəflər dost və qardaş ölkələrimiz arasında əlaqələrin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da səmərəli münasibətlər qurulduğunu qeyd edərək, qanunvericilik orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq etdiklərini ifadə ediblər.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2025