Mobil versiya
İlham Əliyev iclas iştirakçılarına müraciət ünvanladı
Tarix: 09-09-2025 | Saat: 09:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev iclas iştirakçılarına müraciət ünvanladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda ikigünlük forum öz işinə başlayıb.

aia.az xəbər verir ki, əvvəlcə foruma həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Müraciəti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Forumun birinci günündə “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi – Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi”, “Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq”, “Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr” mövzuları ətrafında müzakirələr aparılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2025