Mobil versiya
Tramp Çinə tətbiq edilən sərt tarifləri daha 90 gün müddətinə dayandırıb
Tarix: 12-08-2025 | Saat: 12:53
Bölmə:Özəl | çapa göndər

Tramp Çinə tətbiq edilən sərt tarifləri daha 90 gün müddətinə dayandırıb

ABŞ prezidenti Donald Tramp Çin mallarına artan gömrük rüsumlarının tətbiqini daha 90 gün təxirə salan fərman imzalayıb.
İcra fərmanı, ABŞ və Çinin qarşılıqlı olaraq artırdıqları tarifləri azaltmaq üçün may ayında təyin etdiyi 90 günlük müddətdən bir neçə saat əvvəl gəldi.


Bəyanatda bunun ABŞ və Çin arasında ticarət balanssızlığının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinə son qoyulması, Amerika ixracatının bazara çıxışının genişləndirilməsi və milli təhlükəsizlik və iqtisadi məsələlərdə ABŞ ilə uzlaşmaq üzrə davam edən və məhsuldar danışıqları asanlaşdırmaq üçün zəruri olduğu vurğulanıb.

Qərara əsasən, Çindən idxal olunan mallara tətbiq edilən artan gömrük rüsumlarının dayandırılması noyabrın 10-dək uzadılıb.

ABŞ prezidenti Tramp, Truth Social hesabından verdiyi açıqlamada, "Çinə tariflərin dayandırılmasını daha 90 gün uzatan bir sərəncam imzaladım. Müqavilənin bütün digər elementləri eyni qalacaq" dedi.


ABŞ prezidenti Donald Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etdiyini açıqlayıb. Çinin cavab tədbirləri ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Çin isə ABŞ-a 125 faiz rüsum tətbiq etməsi ilə iki ölkə arasında tariflərin azalmasına səbəb oldu.

Ticarət gərginliyinin artmasının ardından ABŞ və Çin rəsmiləri mayın 10-11-də İsveçrənin Cenevrə şəhərində tarif danışıqları aparmaq üçün görüşdülər və ikitərəfli tarifləri 90 gün müddətinə azaltmaq barədə razılığa gəldilər.

Görüşdən sonra razılaşdırılıb ki, mayın 14-dən etibarən ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri 90 gün ərzində 145 faizdən 30 faizə, Çin isə ABŞ mallarına tətbiq etdiyi tarifləri 125 faizdən 10 faizə endirəcək.

İki ölkənin rəsmiləri iyun ayında danışıqların ikinci raundu üçün Londonda bir araya gəlib və daha əvvəl Cenevrədə əldə edilmiş ticarət razılaşmasının həyata keçirilməsi üçün “çərçivə” üzərində razılaşdıqlarını açıqlayıblar.

ABŞ və Çin arasında ticarət danışıqlarının üçüncü raundu iyul ayında İsveçin paytaxtı Stokholmda baş tutub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2025