Ana Sayfa > Ölkə > Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb
Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıbBu gün, 11:27. Yazar: sevinc1 |
![]() Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb. Bu barədə aia.az-a Fövqalədə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb. Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. aia.az Geri dön |