Mobil versiya
OPEC+ üzvü olan ölkələr sentyabrda hasilatı gündəlik 547 min barel artıracaq
Tarix: 04-08-2025 | Saat: 09:20
Bölmə:Özəl | çapa göndər

OPEC+ üzvü olan ölkələr sentyabrda hasilatı gündəlik 547 min barel artıracaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun 8 üzvü sentyabrda avqust ayı ilə müqayisədə gündəlik neft hasilatını 547 min barel artırmaq qərarına gəlib.
OPEC Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman ölkələrinin qlobal bazar konyukturasını və perspektivlərini qiymətləndirmək üçün onlayn iclas keçirdiklərini açıqlayıb.


İclasda aprel ayından başlayaraq tədricən və çevik şəkildə geri çəkilməyə başlanan gündəlik 2,2 milyon barellik könüllü hasilatın azaldılması müzakirə edilib. Bu çərçivədə hasilatın sentyabr ayında avqust ayı ilə müqayisədə gündəlik 547 min barel artırılmasına qərar verilib. Bu artım dörd aylıq mərhələli istehsal artımına bərabərdir.

Bəyanatda vurğulanır ki, bu qərar sabit qlobal iqtisadi mənzərə və aşağı neft ehtiyatlarının sübutu kimi mövcud sağlam bazar əsaslarına uyğun olaraq qəbul edilib. Bununla belə, əlavə könüllü istehsal düzəlişlərinin mərhələli şəkildə dayandırılmasının dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya geri qaytarıla biləcəyi və bu çevikliyin bazar sabitliyinə töhfə verəcəyi bildirilib.

Qrupun oktyabr ayı hasilat səviyyələrini müəyyən edəcək növbəti iclası sentyabrın 7-də keçiriləcək

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə