Azərbaycanın Suriyanı təbii qazla təmin etməsi tarixi hadisədir - Samir Vəliyev
Tarix: 02-08-2025 | Saat: 16:51
Bölmə:Siyasət | çapa göndər

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regional güc mərkəzi kimi çıxış edir. Ölkəmiz Cənubi Qafqazın lideridir, amma bununla belə, yaxın regionlar üzrə də proseslərə təsir edən dövlətə çevrilib. Azərbaycanın Suriyanı təbii qazla təmin etməsi də bunun göstəricisidir.
Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O bildirib ki, bu gün Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı başlayır. Bu, həqiqətən tarixi hadisədir. Suriyada Əsəd rejimi devrildikdən sonra yeni hakimiyyət ölkəni dirçəltməyə çalışır, bu məqsəd üçün ətraf ölkələr, o cümlədən Azərbaycanla əlaqələri genişləndirmək istəyir. Antalya Diplomatiya Forumunda Azərbaycan və Suriya prezidentlərinin görüşü, iyulun 12-də isə Suriya liderinin Azərbaycana səfəri bunun göstəricisidir.
Deputatın sözlərinə görə, Azərbaycan Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bir müddət əvvəl Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdə olub, bu ölkənin bərpa və quruculuğuna Azərbaycanın nə kimi dəstək verə biləcəyini öyrənib. Azərbaycan-Suriya əlaqələri, eyni zamanda, ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır.
Samir Vəliyev qeyd edib ki, Azərbaycanın enerji siyasəti olduqca önəmlidir. Ölkəmiz indiyədək 12 ölkəyə qaz ixrac edir. Bunlardan 10-u Avropa ölkəsidir. Hazırda isə artıq Yaxın Şərqdə də qazımızın alıcısı var. Bu, diversifikasiya siyasətinin nümunəsidir. Azərbaycan qazının Suriya bazarına çıxarılması, perspektivlər üçün də əhəmiyyətlidir. Görünən odur ki, Azərbaycan qazı üçün dünyada rəqabət artır, bu da qazın diversifikasiyası üçün imkanları genişləndirir. Digər vacib məqam ondan ibarətdir ki, Suriya Azərbaycan qazını idxal etməklə yanaşı, həm də gələcəkdə tranzit ölkə rolunu oynaya bilər.
“Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan gələcəkdə Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər. Hazırda alternativ enerji istehsalı istiqamətində vacib layihələr icra edilir və bu baxımdan yaxın bir neçə ildən sonra Azərbaycan potensial elektrik enerjisi ixracatçısına çevriləcək. Bütün bunlar Azərbaycana iqtisadi gəlirlər gətirməklə yanaşı, siyasi dividend də qazandıracaq”, - deyə deputat vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-08-2025
01-08-2025