Mobil versiya
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Tarix: 31-07-2025 | Saat: 15:41
Bölmə:Siyasət | çapa göndər

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin mühüm tərkib hissələrindən biri də dilimizə və əlifbamıza olan qayğıdır. Hər il 1 avqust tarixində qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, ana dilimizin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlərin təntənəli simvoludur.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyətli qərarı ilə 2001-ci ildə 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilmişdir. Bu mühüm qərar, yalnız əlifbanın dəyişməsi ilə bağlı texniki bir məsələ olmayıb, xalqımızın milli kimliyinin, mədəni irsinin qorunması baxımından strateji əhəmiyyət daşıyırdı. 1992-ci ildən etibarən latın qrafikalı əlifbaya keçidlə Azərbaycan dilinin müasir mərhələsi başlanmış oldu.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dil siyasətinə xüsusi önəm verir. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlarla Azərbaycan dilinin saflığının qorunması, dilin öyrənilməsi və təbliği sahəsində əhəmiyyətli addımlar atılır. Azərbaycan dili bu gün dünyanın ən zəngin, qrammatik struktura malik olan dillərindən biri kimi beynəlxalq səviyyədə tanınır və tədris olunur.Əlifbamız milli müstəqilliyimizin simvollarından biridir. Latın qrafikalı Azərbaycan əlifbası yalnız texniki alət deyil, həm də milli yaddaşımızı, tarixi-mədəni kimliyimizi ifadə edən dəyərdir. Bu gün gənc nəslin dilimizə, ədəbiyyatımıza və milli-mənəvi dəyərlərimizə bağlı yetişməsi dövlətimizin ideoloji xəttinin əsas istiqamətlərindəndir.

Əminliklə demək olar ki, dilimizə və əlifbamıza göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan dili həm ölkə daxilində, həm də diasporamız vasitəsilə xaricdə layiqincə təbliğ olunur. Bu, Azərbaycan xalqının mədəni suverenliyinin bariz nümunəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2025