Dilimiz əsrlərin süzgəcindən keçmiş zəka işığıdır
Tarix: 01-08-2025 | Saat: 09:07
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan icması
İdarə Heyətinin sədri
Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də bir millətin yaddaşı, düşüncə tərzi və kimliyidir. Bu dil əsrlər boyunca tarixlərin, mədəniyyətlərin, müharibələrin, elmlərin və poeziyanın süzgəcindən keçərək bu günümüzə gəlib çatmışdır. Onun dərinliklərində həm Oğuz ləhcələrinin səsləri, həm Dədə Qorqud dastanlarının hikməti, həm də müasir Azərbaycan ziyalılığının zəkası yaşayır.
Azərbaycan dilinin tarixi qədim türk dillərinin Oğuz qrupu ilə bağlı olub, əsrlər boyu müxtəlif coğrafi və siyasi təsirlərlə zənginləşmişdir. XII əsrdə Nizami Gəncəvi kimi böyük söz ustadlarının dili ilə zirvələrə yüksələn Azərbaycan türkcəsi, sonralar Füzuli, Nəsimi, Vaqif, Sabir və Cəlil Məmmədquluzadə kimi dühaların qələmi ilə həm bədii, həm də ictimai fikir alətinə çevrildi.
Bu dil elə bir gücə malikdir ki, həm fəlsəfi düşüncəni, həm duyğunu, həm də xalq hikmətini özündə ifadə edə bilir. Orta əsrlər ədəbiyyatı ilə çağdaş poeziya arasında körpü salaraq, bir tərəfdən tarixə bağlılığını qoruyur, digər tərəfdən yeniliklərə açıq qalır.
Azərbaycan dilinin zənginliyini və ifadə gücünü tarix boyu sübut edən ən güclü amillərdən biri də bu dildə yazıb-yaratmış böyük ədiblərimizin irsidir. Xüsusilə Xətayi, Füzuli və Molla Pənah Vaqif kimi nəhəng söz ustadları Azərbaycan dilinin poetik imkanlarını ən yüksək səviyyədə nümayiş etdirmişlər. XVI əsrdə həm dövlət xadimi, həm də şair kimi tanınan Şah İsmayıl Xətayi, Azərbaycan dilini təkcə saraylarda deyil, həm də poeziya daxilində geniş kütlələrə çatdırdı. Onun əsərlərində xalqın dilinin incəlikləri, həmçinin milli şüurun oyandırılması əks olunur. Şah İsmayılın yaradıcılığı dilimizdə poetik yaradıcılığa yeni nəfəs verdi və onu yüksək ədəbi məziyyətlərə çatdırdı.
Dahi mütəfəkkir Füzuli klassik Azərbaycan poeziyasının zirvəsi olaraq, dilimizin incəliklərini, emosional dərinliyini və ritmik harmoniyasını mükəmməl şəkildə ifadə etdi. Onun əsərlərinin estetik imkanları Azərbaycan dilinin dünya ədəbiyyatı səviyyəsinə çıxardı və gələcək nəsillərə örnək oldu.
XVIII əsrin görkəmli şairi və dövlət xadimi Molla Pənah Vaqif dilimizin sadə, anlaşılan, xalqın gündəlik danışığına yaxın olması prinsipini əsas tutdu. Onun yaradıcılığı Azərbaycan ədəbi dilinin xalq arasında yayılmasında və canlı danışıq dilinə sahəsində mühüm rol oynadı.
Bu böyük şəxsiyyətlərin zəhməti və yaradıcılığı sayəsində Azərbaycan dili inkişaf etdi, özünün milli ruh və kimlik ifadələrini daha da dolğun şəkildə nümayiş etdirdi. Onların əsərləri həm dilimizin, həm də xalqımızın tarixini, mədəniyyətini gələcək nəsillərə çatdıran əvəzsiz xəzinədir.
Hər bir millətin dili onun varlığının, dirənişinin və özünüifadəsinin əsas dayağıdır. Azərbaycan dili də uzun əsrlər ərzində imperiyalar və müxtəlif siyasi sistemlər qarşısında sarsılmadan dayanmış, xalqın kimliyini yaşatmışdır. Sovet dövründə belə, Azərbaycan dili təhsildə, mətbuatda və ədəbiyyatda öz yerini qorumuş, milli maarifçilik hərəkatının əsas sütunlarından biri olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Sovetlər Birliyinin o zamankı çağında belə bir iddiada olmaq hünər istəyirdi və bütün təhlükələrə, hədələrə rəğmən, o böyük şəxsiyyət bunu etdi və sözünü dedi.
Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dilinə dövlət səviyyəsində qayğını daha sistemli və ardıcıl şəkildə həyata keçirmişdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir;
Bu günün təsis edilməsi yalnız simvolik addım deyil, eyni zamanda dilin cəmiyyətin diqqət mərkəzində saxlanılması üçün əhəmiyyətli ideoloji bir platformaya çevrilmişdir. Ümummilli lider Heydər Əliyev demişdir:
“Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu dil bizim milli sərvətimizdir və biz onu göz bəbəyimiz kimi qorumalıyıq.”
Ulu Öndər Heydər Əliyev məhz bu böyük dəyərin fərqində olaraq, Azərbaycan dilinin qorunması və inkişafı üçün misilsiz işlər görmüşdür. Onun hakimiyyəti illərində dilimizin dövlət dili kimi qurulması, Azərbaycan ədəbi dilinin standartlaşdırılması, milli mənəvi dəyərlərin dil üzərində yaşadılması dövlət siyasətinin prioritetlərinə çevrildi.
Heydər Əliyev böyük ziyalı və lider kimi bilirdi ki, dil – yalnız sözdən ibarət deyil, millətin ruhunun, kimliyinin, gələcəyinin ifadəsidir. Onun bu siyasi kursunu bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Onun rəhbərliyi ilə dil siyasəti yalnız qoruyucu deyil, həm də inkişaf etdirici istiqamətdə aparılır. Dövlət dili haqqında qanunvericiliyin təkmilləşdirilməsi, televiziya və radio yayımlarında dil normativlərinə nəzarət, dövlət sənədlərinin və hüquqi aktların Azərbaycan dilində tərtibinə xüsusi diqqət bu sahədə həyata keçirilən mühüm tədbirlər sırasındadır.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan dilinin saflığının qorunması və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi üzrə xüsusi proqramlar qəbul olunmuş, dilçilik elminə və dilin müasir çağırışlara uyğunlaşdırılmasına dair mühüm tədbirlər görülmüşdür. Elektron resurslarda, internet mediada və təhsil sistemində Azərbaycan dilinin istifadəsi daim təşviq edilir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və digər aidiyyəti qurumlarla birlikdə dilin leksik, orfoqrafik və qrammatik bazası üzərində müasir metodlarla işlənilir, yeni nəslin bu dildə yüksək səviyyədə danışması və yazması üçün müxtəlif layihələr reallaşdırılır.
Azərbaycan dili — əsrlərin süzgəcindən keçmiş bir zəkadır. Bu dil bizim tariximiz, fəlsəfəmiz, musiqimiz və gələcəyə olan inamımızdır. Onu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə sevdirərək ötürmək bizim həm borcumuz, həm də şərəfimizdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-08-2025