“MİLLİ -MƏNƏVİ DƏYƏRLƏRİMİZ BİZİM ANA DİLİMİZDİR, AZƏRBAYCAN DİLİDİR! ”
Tarix: 31-07-2025 | Saat: 16:59
Bölmə:Siyasət | çapa göndər

Dil xalqın tarixi, mədəniyyəti, bu günü və gələcəyidir. Dilin saflığı, onun qorunması yolunda illər uzunu mübarizə aparılıb. Dünyada ən gözəl, ən məlahətli, ən şirin nemət dildir. Ən çətin zamanlarda belə dil qorunub. Xalq dili, dil isə onun daşıyıcısı olan xalqı yaşadır. Azərbaycan dili xalqımızın tarixi qədər qədim və zəngin bir dildir. Dilimiz harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın ünsiyyət vasitəsidir. Bildiyimiz kimi, dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ona da torpaqlarımız kimi müxtəlif təzyiqlər olubdur. Müxtəlif dövrlərdə müxtəlif dövlətlərin təsiri ilə əlifbamız çoxsaylı dəyişikliklərə məruz qalıbdır. Amma dilimiz həmişə öz varlığını, saflığını və zənginliyini qoruyub saxlayıbdır. Nəhayət, Azərbaycan xalqı müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 21 il öncə 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. 2001-ci ilin 9 avqustunda Ulu öndər Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”kı fərmanında deyilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Azərbaycan xalqı dünyanın qədim xalqlarından biridir. Azərbaycan dili də qədim və zəngin dillərdəndir. Ulu əcdadlarımız dilimizin ilk səslərini qaval daşının ahəngdar səsindən, ecazkar təbiətin zümzüməsindən ilhamlanaraq yaratmış və dilimizin bu cür ahəngdar, qəlbə toxunan və ruhu oxşayan sözlərini bizə miras qoymuşdurlar. Azərbaycan dilinin inkişafı və təkmilləşdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin çox müstəsna xidmətləri olub. Heydər Əliyevin dil haqqında məşhur bir fikri var: “Millətin milliliyini saxlayan onun dilidir”. Dilimizi qorumaq və ona hörmətlə yanaşmaq hər bir Azərbacan vətəndaşının borcudur. Dil bizi tanıdır. Biz isə onu daim qorumalıq və gələcək nəsillərə ötürməliyik. Bu baxımdan dilimizi yad sözlərdən təmizləməli və onun saflığına diqqət etməliyik. Bu gün Ulu öndər Heydər Əliyevin davamçısı olan cənab Prezident İlham Əliyev dilimizin inkişafı ilə bağlı verdiyi qərar və sərəncamlar olduqca faydalı və dövlətin dil siyasətinin bir parçasıdır. İlham Əliyevin dillə bağlı söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. Ölkə başçısının bütün sahələrdə olduğu kimi dil siyasəti də uğurlu inkişaf yolu keçmişdir. İlham Əliyevin ən mühüm xidmətlərindən biri isə dilimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsi idi ki, buna da nail ola bildik. Bu sahədəki ilk addımı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı oldu. Sərəncamın imzalanması mühüm bir hadisə idi. Belə ki, 18 iyun 2001-ci ildə latın qrafikalı əlifbaya keçidin təmin edilməsi qarşıda bir çox vəzifələr qoyurdu. Bu vəzifələrdən biri də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi idi. Bunun vacibliyini nəzərə alan İlham Əliyev bununla bağlı Sərəncam imzalayır. İlham Əliyev bundan sonra dil sahəsinə diqqəti daha da artırır, bir-birinin ardınca tarixi Sərəncamlar imzalayır. Belə ki, 2004-cu il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam imzalayır. 2007-ci avqustun 24-də “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncam imzalayır. Bu sərəncamların əsas məqsədi ana dilimizin həyatımızın bütün sahələrində işləkliyinin təmin edilməsi idi. 2013-cü il aprelin 9-da “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamı da öz aktuallığı ilə seçilir. Sərəncam Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, dilimizin saflığının qorunması və daha da zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə idi. Bundan sonra ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir.
Əziz xalqım, qarşıdan gələn 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nü münasibətilə hər birinizi təbrik edirəm.
Aytac Abbasova
YAP Laçın rayon təşkilatının 51 saylı ƏTP-nin sədri
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər