Mobil versiya
Fransa 2027-ci ilə qədər illik müdafiə büdcəsini 64 milyard avroya çatdıracaq
Tarix: 14-07-2025 | Saat: 23:01
Bölmə:Özəl | çapa göndər

Fransa 2027-ci ilə qədər illik müdafiə büdcəsini 64 milyard avroya çatdıracaq
Fransa prezidenti Emmanuel Makron ölkəsinin illik müdafiə büdcəsinin 2027-ci ilə qədər 64 milyard avroya yüksələcəyini açıqlayıb.
Fransa prezidenti Makron Müdafiə Nazirliyində yüksək rütbəli hərbi məmurlar qarşısında çıxışında 2027-ci il üçün ayrılan illik müdafiə büdcəsinin 2017-ci ilə nisbətən iki dəfə artırılacağını açıqlayıb.

2027-ci il üçün müdafiə büdcəsinin illik hədəfinin 64 milyard avro olduğunu qeyd edən Makron, “Bu dünyada azad olmaq üçün qorxmalısan, qorxmaq üçün isə güclü olmalısan” dedi.

Makron həmçinin müdafiə sənayesinə əlavə 6,5 milyard avro, 2026-cı ildə 3,5 milyard avro və 2027-ci ildə 3 milyard avro ayrılacağını açıqlayıb.

Fransa 2025-ci il üçün müdafiə üçün 50,5 milyard avro büdcə ayırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025