Mobil versiya
Kocaelidə baş verən zəncirvari yol qəzasında 5 nəfər ölüb, 1 nəfər yaralanıb
Tarix: 14-07-2025 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

Kocaelidə baş verən zəncirvari yol qəzasında 5 nəfər ölüb, 1 nəfər yaralanıb
Kocaelinin Dilovası rayonunda iki minik və yük maşınının iştirakı ilə baş verən zəncirvari yol qəzasında 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb. D-100 magistral yolunun Dilovası enişində Ankara istiqamətində hərəkətdə olan, sürücülərinin şəxsiyyəti hələlik müəyyən edilməmiş 41 AHJ 004 dövlət nömrə nişanlı konteynerli yük maşını 34 DCK 849 və 34 DKT 578 dövlət nömrə nişanlı avtomobillərlə toqquşub.

Ətrafdakıların xəbər verməsindən sonra hadisə yerinə jandarma, polis, yanğınsöndürmə bölməsi və təcili tibbi yardım briqadaları sövq edilib.

Yoxlama zamanı məlum olub ki, yük maşınından düşən konteynerin vurduğu avtomobildə olan 5 nəfər ölüb.

Xəsarət alan yük maşınının sürücüsünə tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Ankaraya gedən magistral yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025