Ana Sayfa > Gündəm > Yeni təyin edilən rektor kimdir?
Yeni təyin edilən rektor kimdir?Dünən, 18:21. Yazar: azer |
![]() Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib. aia.az-ın məlumatına görə, 53 yaşlı Nazim Pənahov Azərbaycan Tibb Universitetində çalışırdı. O, 2024-cü ilin oktyabr ayından tədris işləri üzrə prorektor idi. N.Pənahov 2016-cı ildən 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb. Həmçinin, səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb. Geri dön |