Mobil versiya
Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq
Tarix: 25-06-2025 | Saat: 12:27
Bölmə:Təhsil | çapa göndər

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq


“Bu il Dövlət Proqramına müraciət sayı ötən illərlə müqayisədə kifayət qədər çoxdur”.

aia.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, Dövlət proqramına hər il bakalavr, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla ümumilikdə 500 gəncin seçilməsi üçün şərait yaradılır. Sənədlərini uğurla təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunub.

"300-ə yaxın namizəd dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul sənədi əldə edib. Müraciətlər sırasında ilk beşlikdə Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya yer alır. 500 gəncin 25%-dən çox olmayan hissəsi bakalavr təhsili üzrə, 20 %-ə qədər doktorantura, yerdə qalan hissəsi magistratura təhsil səviyyəsinin payına düşür. Müraciətin çoxluğunu nəzərə alaraq kvota dəyərləndirilmə ilə qaliblər seçiləcək", - o deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2025