Ana Sayfa > Təhsil > Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq
Azərbaycandan 500 gənc xaricdə təhsil alacaqBu gün, 12:27. Yazar: sevinc1 |
![]() “Bu il Dövlət Proqramına müraciət sayı ötən illərlə müqayisədə kifayət qədər çoxdur”. aia.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, Dövlət proqramına hər il bakalavr, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla ümumilikdə 500 gəncin seçilməsi üçün şərait yaradılır. Sənədlərini uğurla təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunub. "300-ə yaxın namizəd dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul sənədi əldə edib. Müraciətlər sırasında ilk beşlikdə Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya yer alır. 500 gəncin 25%-dən çox olmayan hissəsi bakalavr təhsili üzrə, 20 %-ə qədər doktorantura, yerdə qalan hissəsi magistratura təhsil səviyyəsinin payına düşür. Müraciətin çoxluğunu nəzərə alaraq kvota dəyərləndirilmə ilə qaliblər seçiləcək", - o deyib. aia.az Geri dön |