Mobil versiya
PSJ "Botafoqo"ya uduzdu
Tarix: 20-06-2025 | Saat: 09:28
Bölmə:İdman | çapa göndər

PSJ "Botafoqo"ya uduzdu

Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen” klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliyanın “Botafoqo” komandasına 0:1 hesabı ilə məğlub olub.

aia.az xəbər verir ki, görüş ABŞ-nin Kaliforniya ştatının Pasadena şəhərində keçirilib.

Yeganə qolu 36-cı dəqiqədə Braziliya hücumçusu İqor Jezus vurub.

Oyun gününün digər matçında İspaniyanın “Atletiko” komandası Amerikanın “Sietl”inə qalib gəlib (3:1). Qələbə qolunun müəllifi belçikalı yarımmüdafiəçi Aksel Vitsel olub.

İki turun nəticələrinə görə, “Botafoqo” B qrupunun turnir cədvəlinə 6 xalla liderlik edir. Pley-offa çıxmaq üçün Braziliya komandasının qrup mərhələsinin son matçında məğlub olmaması kifayətdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025