Ana Sayfa > İdman > PSJ "Botafoqo"ya uduzdu
PSJ "Botafoqo"ya uduzduBu gün, 09:28. Yazar: sevinc1 |
![]() Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen” klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliyanın “Botafoqo” komandasına 0:1 hesabı ilə məğlub olub. aia.az xəbər verir ki, görüş ABŞ-nin Kaliforniya ştatının Pasadena şəhərində keçirilib. Yeganə qolu 36-cı dəqiqədə Braziliya hücumçusu İqor Jezus vurub. Oyun gününün digər matçında İspaniyanın “Atletiko” komandası Amerikanın “Sietl”inə qalib gəlib (3:1). Qələbə qolunun müəllifi belçikalı yarımmüdafiəçi Aksel Vitsel olub. İki turun nəticələrinə görə, “Botafoqo” B qrupunun turnir cədvəlinə 6 xalla liderlik edir. Pley-offa çıxmaq üçün Braziliya komandasının qrup mərhələsinin son matçında məğlub olmaması kifayətdir. aia.az Geri dön |