Azərbaycan və Vyetnam münasibətləri: tarixi dostluq, yeni strateji əməkdaşlıq - Hicran Hüseynova
Tarix: 07-05-2025 | Saat: 20:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.
Bu barədə açıqlamasında Milli Məclisin Komitə sədri professor Hicran Hüseynova bildirib.
Deputat qeyd edib ki, son illər iki ölkə arasında intensiv əməkdaşlıq mövcuddur: ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaradılır. Eyni zamanda, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir və nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır. Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirir. 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollara, ondan Vyetnama Azərbaycan məhsullarının - əsasən xam neftin ixracı 91,8 milyon dollara çatıb. Azərbaycana idxal 35,4 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bütün 2024-cü il ərzində ölkələr arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon dollar təşkil edib və bu, iqtisadi əlaqələrin tədricən artdığını göstərir. Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Beynəlxalq Biznes Klubu arasında 2024-cü ildə sazişlərin imzalanması işgüzar əlaqələrin inkişafında mühüm addım olub. Bu, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə layihələr üçün platformaların yaradılması məqsədi daşıyır.
Professor Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır. Təkcə 2024-cü ildə Azərbaycan 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton xam neft və neft məhsulları ixrac edib, Vyetnam neft alışına görə neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri “PetroVietnam” və “Vietsovpetro” neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər. Müsahibə zamanı Prezident İlham Əliyev vurğuladı ki, “neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub”. Əslində, biz tarixə nəzər salsaq görərik ki, Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçilərinin tarixi xidmətləri olmuşdur. 1981-ci ildə Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılır və Vyetnamın neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunurlar. Eyni zamanda, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq gətirilir. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub.
Müasir dövrdə isə 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq müqaviləsi və 2018-ci ildə birgə müəssisələrin yaradılması haqqında qərar bu yolda mühüm mərhələlər oldu. Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində multimodal infrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz mallarını Avropa bazarlarına çatdırmaq üçün Azərbaycanın tranzit potensialından istifadə etməkdə maraqlıdır.
Azərbaycan ilə Vyetnam ölkələrin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Həmçinin 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması münasibətlərin inkişafına təkan verir.
İkitərəfli əməkdaşlıqda iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni əlaqələr də getdikcə daha mühüm rol oynayır. Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsinə yardım edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Azərbaycan və Vyetnam da təhsil sahəsində əməkdaşlığa maraq göstərir ki, bu da tələbə və elmi kadr mübadiləsinə şərait yaradır. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşü oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi fikirlərini ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus yeri var. Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprel ayında Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri zamanı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi təqdim edilmişdi. Həmçinin səfər çərçivəsində Leyla Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşmüş, xalqlar arasında əlaqələr, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Burada qeyd etmək lazımdır ki, Azərbaycan və Vyetnam qadınları qadın hüquqlarının müdafiəsi istiqamətində də əməkdaşlıq edir və bir-birilərini dəstəkləyirlər.
“Azərbaycan ilə Vyetnam arasında əlaqələr əsas sahələri - enerji, ticarət, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrini əhatə etməklə ardıcıl şəkildə inkişaf edir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri ikitərəfli dialoqda mühüm mərhələdir və tərəfdaşlığın dərinləşdirilməsində qarşılıqlı marağı simvollaşdırır. Bir tərəfdə artan sənaye potensialı ilə inkişaf etməkdə olan Vyetnam, digər tərəfdən isə strateji mövqeyə malik, yüksək logistika və enerji potensialına malik Azərbaycan var. Bu bir-birini tamamlayan üstünlüklər hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlığın yeni mərhələsi üçün möhkəm zəmin yaradır. Dəyişən qlobal iqtisadi arxitektura və bir çox ölkələrin xarici iqtisadi əlaqələri şaxələndirmək səyləri kontekstində Vyetnamın Azərbaycanla əməkdaşlığa marağı təbii görünür. Bakıda keçiriləcək danışıqlar tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə - daha strukturlaşdırılmış, strateji və uzunmüddətli nəticələrə yönəldilmiş mərhələyə keçmək üçün başlanğıc nöqtəsi ola bilər”, - deyə professor Hicran Hüseynova fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2025