Fizika İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 07-05-2025 | Saat: 20:49
Bölmə:Özəl | çapa göndər

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir “ Ulu Öndər Heydər Əliyev və Azərbaycan elminin hamisi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb.
aia.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra A. Həşimov deyib ki, Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, o çətin günlərdə ölkəni ağır vəziyyətdən çıxaran Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası, strategiyası nəticəsində Azərbaycan xalqı sözün əsl mənasında öz taleyinin sahibi oldu. Ulu Öndərin yorulmaz fəaliyyəti, tükənməz səyi nəticəsində dövlətçiliyin əsasları qoyuldu, Ali Qanun, Konstitusiya qəbul edildi, milli ideologiyamız, azərbaycançılıq məfkurəsi, təfəkkürü formalaşdı. Biri-birini tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma prosesi həyata keçirildi.
Arif Həşimov sözlərinə əlavə olaraq deib ki, Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
Daha sonra A. Həşimov çıxışında deyib ki, Prezident İlham Əliyev bildirir: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»
Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsasında da Ümummilli Liderin şah əsərinin daha da qüdrətlənməsi, güclənməsi dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi «Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir» fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığının təsdiqidir.
A. Həşimov çıxışına əlavə edərək deyib ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında biri-birindən əhəmiyyətli möhtəşəm vəzifələr dayanır. Xalqımız Heydər Əliyev siyasətinin davamlılığına dəstək olduğunu 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.
Arif Həşimov yekun olaraq deyib ki, Azərbaycanı demokratiya yolu ilə inkişafını dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirən Ulu Öndər üçün ən ümdə məsələlərdən biri də Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi idi. İkinci Qarabağ müharibəsində qazandıgımız Zəfər, Şuşada, Xankəndidə, Xocalıda … işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan Dövlət Bayraqlarımız Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsi, müstəqilliyimizin əbədi qarantı Ümummilli Lider Heydər Əliyevin xidmətlərinə verilən dəyərdir.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvi, elmi işçi Bayram Xudayarov, laboratoriya rəhbəri Pakizə İsmayılova
Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Cənab Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanı Zəfərdən Zəfərə aparır.
AİA.AZ
Bayram Xudayarov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2025