Çempionlar Liqasının ilk finalçısı bəlli oldu
Tarix: 07-05-2025 | Saat: 08:50
Bölmə:İdman | çapa göndər

İtaliya “İnter”inin futbolçuları Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniya “Barselona”sına əlavə vaxtdan sonra 4:3 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib.
aia.az xəbər verir ki, görüş Milanda baş tutub.
“İnter”in heyətində qolları Lautaro Martinez (21-ci dəqiqə), Hakan Çalhanoğlu (45+1, penalti), Françesko Acerbi (90+3) və Davide Frattesi (99), "Barselona"nın qollarını Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) vurub.
İlk görüş 3:3 hesabı ilə başa çatıb. Finalda “İnter” Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Arsenal” klubları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq. İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə rusiyalı qapıçı Matvey Safonovun çıxış etdiyi PSJ-nin xeyrinə başa çatıb. Cavab oyunu mayın 7-də Parisdə baş tutacaq.
Çempionlar Liqasının finalı mayın 31-də Münhendə keçiriləcək. Turnirin hazırkı qalibi finalda Almaniyanın “Borussiya Dortmund” klubuna 2:0 hesabı ilə qalib gələn İspaniya “Real”ıdır. Madrid komandası 15-ci titulunu qazanıb və bu nailiyyətə görə rekorda sahib olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2025