Ana Sayfa > İdman > Çempionlar Liqasının ilk finalçısı bəlli oldu
Çempionlar Liqasının ilk finalçısı bəlli oldu7-05-2025, 08:50. Yazar: sevinc1 |
![]() İtaliya “İnter”inin futbolçuları Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniya “Barselona”sına əlavə vaxtdan sonra 4:3 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. aia.az xəbər verir ki, görüş Milanda baş tutub. “İnter”in heyətində qolları Lautaro Martinez (21-ci dəqiqə), Hakan Çalhanoğlu (45+1, penalti), Françesko Acerbi (90+3) və Davide Frattesi (99), "Barselona"nın qollarını Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) vurub. İlk görüş 3:3 hesabı ilə başa çatıb. Finalda “İnter” Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Arsenal” klubları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq. İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə rusiyalı qapıçı Matvey Safonovun çıxış etdiyi PSJ-nin xeyrinə başa çatıb. Cavab oyunu mayın 7-də Parisdə baş tutacaq. Çempionlar Liqasının finalı mayın 31-də Münhendə keçiriləcək. Turnirin hazırkı qalibi finalda Almaniyanın “Borussiya Dortmund” klubuna 2:0 hesabı ilə qalib gələn İspaniya “Real”ıdır. Madrid komandası 15-ci titulunu qazanıb və bu nailiyyətə görə rekorda sahib olub. aia.az Geri dön |