Mobil versiya
AYNA rəsmisi: Bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair faktlar dərhal araşdırılır
Tarix: 02-05-2025 | Saat: 15:05
Bölmə:Ölkə | çapa göndər

AYNA rəsmisi:

Sosial mediada bəzi marşrut avtobusları sürücülərinin kobudluğuna dair yayılan faktlar dərhal araşdırılır

aia.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentlitinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.

O, marşrut avtobusları sürücülərinin sərnişinlərə qarşı kobudluqlarının yolverilməz olduğunu bildirib:

“Biz belə halları sosial mediada görən kimi dərhal araşdırmalar aparırıq. Yaxşı olar ki, problemlə qarşılaşan sərnişinlər özləri də bizi məlumatlandırsın”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025