Mobil versiya
"2030-cu ildə suya tələbat 16 faiz artacaq" - Nazir müavini
Tarix: 02-05-2025 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər

"2030-cu ildə suya tələbat 16 faiz artacaq" -

Su resurslarının və torpağın münbitliyinin azalması iqlim dəyişikliyinin kənd təsərrüfatına mühüm təsiridir. Digər əsas problem isə artan ekstremal istilər və quraqlıqdır. Bu da suya tələbin artmasına və su resurslarının azalmasına səbəb olur.

aia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, proqnozlara əsasən, 2030-cu ildə sırf istilərlə bağlı suya olan tələbat 16 faiz artacaq.

“İqlim dəyişikliyinin 4 istiqamətdə təsirlərini görürük. Bizim transformasiyayla bağlı etməli olduğumuz əsas tədbirlər adaptasiya və diversifikasiya tədbirlərini gücləndirməkdir. Əsas məsələlərdən biri də su infrastrukturunun modernləşdirilməsidir. Tranformasiyanın həyata keçirilməsi üçün ilk növbədə bizə lazım olan innovasiya rəqəmsallaşmadır. Rəqəmsallaşmada əsas məqsəd isə səmərəliliyin artırılmasıdır. İqlim dəyişikliyi ilə bağlı proqnozlara baxdıqda görünür ki, bizim şərqimizdə və cənubumuzda yerləşən ölkələr iqlimdən daha çox, qərb və şimalımızda olan ölkələr daha az təsirlənirlər. Bu ölkələr bizim potensial ixrac və ya mövcud rəqabət bazarlarımızdır. Bu baxımdan bu təhdidlərin vaxtında öhdəsindən gəlsək bizə yeni fürsətlər yarana bilər”, - deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025