Mobil versiya
YAP Zəngilan rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar dəyirmi masa keçirildi. -Fotolar
Tarix: 15-04-2025 | Saat: 15:25
Bölmə:Ölkə | çapa göndər

YAP Zəngilan rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar dəyirmi masa keçirildi.

15 aprel tarixində YAP Zəngilan rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü münasibəti ilə “Tibb Elminin Zərif Zirvəsi-Zərifə xanım” adlı dəyirmi masa keçirildi.

aia.az xəbər verir ki,tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, Zəngilan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ceyran Abbasova, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Mehman Nəsirov, ərazi partiya təşkilat sədrləri və səhiyyə işçiləri iştirak etdilər.

Öncə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Natiq Quluzadə eyni zamanda da Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi də xarakterizə edib.

Tədbirdə digər çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələri və onun elmi irsinin əhəmiyyətini vurğuladılar. Onun oftalmologiya sahəsindəki müstəsna xidmətləri, tədqiqatları və bu sahənin inkişafına verdiyi böyük töhfələr haqqında geniş danışıldı. Çıxışçılar akademikin müasir Azərbaycan tibb elminin formalaşmasına və dünya səviyyəsində tanınmasına mühüm təsir göstərdiyini bildirdilər. Həmçinin, akademikin milli-mənəvi dəyərlərə bağlılığını, yüksək humanist keyfiyyətlərini və cəmiyyətə töhfələrini bir daha xatırlatdılar. Onun xeyirxah və insanpərvər fəaliyyəti, gələcək nəsillər üçün əsl nümunə olması xüsusi qeyd edildi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025