Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib -Fotolar
Tarix: 15-04-2025 | Saat: 16:20
Bölmə:Parlament | çapa göndər

Aprelin 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib. Birinci məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatdır. O, qeyd edib ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Palatanın auditorları və əməkdaşları iştirak edirlər.
Komitə sədri diqqətə çatdırıb ki, Hesabat qanunvericiliyin bütün tələblərini özündə ehtiva edir.
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatı slaydlarla təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, Hesabat hazırlanarkən Hesablama Palatasının həm audit, həm də qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılıb, Palatanın il ərzində fəaliyyəti barədə icmal-statistik məlumatları Hesabata daxil edilib.
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, Palatanın fəaliyyəti 4 istiqamətdən ibarətdir. O, qeyd edib ki, 2024-cü ildə Palata tərəfindən audit və analitik fəaliyyət formasında 44 nəzarət tədbiri keçirilib. Bu tədbirlərin 45,5%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. 1 audit və 1 analitik fəaliyyət “Dövlət sirri haqqında” Qanuna əsasən məxfilik rejimində aparılıb.
Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edib. Belə ki, 2024-cü ilin iş planına əsasən keçirilmiş auditlərlə icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 mlrd. manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminatı Fondunun 2023-cü ilin büdcələri, qeyri-büdcə vəsaiti üzrə isə 2022-2024-cü illər üzrə 1,0 mlrd. manat əhatə edilib.
Dövlət büdcəsinin gəlirləri üzrə inzibatçılığın təşkili 1 auditdə, dövlət büdcəsinə vergilərin hesablanıb ödənilməsi 22 auditdə, Dövlət büdcəsinin xərcləri 38 auditdə araşdırılıb. Auditlərdə xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib və Hesabatda audit nəticələri həmin elementlər üzərindən qruplaşdırılıb.
Hesabat ilində 39 auditdə büdcə qanunvericiliyinin pozulması, 34 auditdə dövlət satınalmaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Vahid Büdcə Təsnifatına əməl olunmaması, publik hüquqi şəxslərdə dövlət sifarişinin mahiyyətini müəyyənləşdirən tələblərin doğru müəyyən edilməməsi, ilin sonunda büdcə vəsaitlərinin geri qaytarılmaması üçün müxtəlif mexanizmlərin tətbiqi, büdcə vəsaitinin müxtəlif şərtlərlə banklara depozitə yerləşdirilməsi, vakant vəzifələnin ardıcıl olaraq 3 aydan bir təkrarən həvalə kimi sənədləşdirilməsi, xərc normativlərinə, xüsusən beynəlxalq və ölkə səviyyəli tədbirlərdə əməl olunmaması, mükafat və maddi yardımların artıq hesablanması kimi hallar xüsusi qeyd edilməli pozuntular siyahısına aid edilməlidir.
Dövlət satınalmaları üzrə hesabat ilində də hər üç mərhələdə - planlaşdırma, keçirilmə, müqavilələrin bağlanması və icrası mərhələlərində nöqsanlara yol verilib.
Audit nəticələri göstərir ki, bir mənbədən satınalma metodunun tətbiqi zamanı ehtimal olunan qiymətin ümumiyyətlə və ya düzgün hesablanmaması, ehtimal olunan qiymətlərin müəyyənləşdirilməsi prosesində qeyri-ixtisaslı fiziki və ya hüquqi şəxslərdən qiymət təkliflərinin formal olaraq cəlb edilməsi, satınalma metodunun dəyişdirilməsinə razılıq tarixindən əvvəl və ya razılıq məbləğindən çox olmaqla satınalma müqaviləsinin bağlanması, qanunvericilikdəki məhdudiyyətlər nəzərə alınmadan satınalma müqaviləsinin həcminin və ya predmetinin ciddi dəyişdirilməsi, müqavilələrin icrasında gecikmələrə yol verilməsinə görə icraçılara cərimə tətbiq edilməməsi və ya şərtlər toplusunda nəzərdə tutulmadığı halda icra müddətinin dəyişdirilməsi halları üstünlük təşkil edib.
Palata sədri qeyd edib ki, kənar dövlət maliyyə nəzarətinin digər forması analitik fəaliyyətdir. 2024-cü ilin iş planına əsasən Hesablama Palatası tərəfindən, 1-i məxfilik rejimində olmaqla, 2 analitik fəaliyyət keçirilmiş, bu nəzarət tədbirləri ilə büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların debitor və kreditor borcları araşdırılmış, borcların büdcə təsnifatları üzrə strukturu, kontragentlər və müddətlər üzrə tərkibinin təhlili, uçotu və hesabatlılığının qiymətləndirilməsi predmet kimi müəyyən edilib
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən hesabat ilində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilib. Auditlərin əhatə dairəsini Naxçıvan Muxtar Respublikasının büdcə vəsaitləri təşkil edib. 2024-cü ilin iş planına əsasən keçirilmiş auditlərlə icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 mln. manatı əhatə edib. Auditlərlə müəyyən edilmiş nöqsanlar daha əvvəl sadalanan xarakterdə olub.
Maliyyə hesabatları üzrə təhriflərin məbləği 2 mlrd. 66 mln. manat təşkil etmişdir. Bu məbləğin 888,0 mln. manatını əhəmiyyətli - maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi ilə bağlı təhriflər təşkil etmişdir. Qalan 1 mlrd. 178,2 mln. manatını digər qrup təhriflər- mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları təşkil edib.
Nöqsan məbləğini formalaşdırlan sonuncu komponent isə səmərəsiz xərclərdir. Bunun ümumilikdə məbləği 157,7 mln. manat olub.
Əvvəlki illərin iş planları üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 8,6 mln. manat bərpa edilib. Bundan əlavə, 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 mln. manat əhəmiyyətli təhriflərin 400,0 mln. manatdan çox məbləğ üzrə müvafiq düzəlişlər edilib. Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 mln. manatın bərpası və digər tədbirlərin görülməsi təmin edilib.
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, “Hesablama Palatası haqqında” Qanuna görə, Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasına və layihələrinə rəy verir. 2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunub.
2023-cü ilin dövlət büdcəsinin icrasına rəy ilə müəyyən edilmiş uyğunsuzluq məbləği 1296,9 mln. manat, 2025-ci ilin büdcə layihəsinə verilmiş rəy ilə uyğunsuzluq məbləği 82,9 mln. manat olub. Uyğunsuzluqlar arasında vahid büdcə təsnifatına əməl olunmaması üstünlük təşkil edib.
Palata sədri qeyd edib ki, “Hesablama Palatası haqqında” Qanuna uyğun olaraq, hesabat dövründə dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr Hesablama Palatası tərəfindən aidiyyəti üzrə təqdim olunub.
“Hesablama Palatası haqqında” Qanuna görə, Hesablama Palatası xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olur.
2024-cü ildə Çin, Qazaxıstan və Tacikistan AAO-ları ilə qurumlar arasında əlaqələrin daha da gücləndirilməsi və təcrübə mübadiləsinin artırılması məqsədilə memorandumlar, Türkiyə Hesablama Məhkəməsi ilə paralel auditlərin keçirilməsinə dair sənəd imzalanıb. İl ərzində ali audit orqanlarının beynəlxalq təşkilatlarının işçi qruplarının toplantılarında iştirak təmin edilmiş, Hesablama Palatası Ətraf Mühitin Auditi, eləcə də Dövlət Borcu üzrə işçi qrupların illik toplantılarına ev sahibliyi etmişdir.
Hesabat ilində də Milli Məclislə intensiv əməkdaşlıq davam etdirilmiş, kənar dövlət maliyyə nəzarəti nəticələri, fəaliyyət hesabatı, büdcə rəyləri təqdim edilib. Bundan əlavə, 2-si ətraf mühitin auditi ilə bağlı olmaqla, 3 səmərəlilik auditinin nəticələrinin müzakirə olunduğu kollegiya iclaslarına müvafiq komitələrin sədrləri və üzvləri dəvət edilib. Eləcə də, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər nəzərə alınmaqla 2024-cü ilin iş planına 2 yeni kənar dövlət maliyyə nəzarəti tədbiri əlavə edilib.
İcra hakimiyyəti orqanları ilə əməkdaşlıq uğurla da davam etdirilib, Hesabat ilində Baş Prokurorluq və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
2024-cü ildə ilk dəfə Hesablama Palatasının bütün fəaliyyətini əhatə edən Risk reyestri hazırlanmışdır. Risk reyestrində 37 risk əks olunmuş, risklər müxtəlif dərəcələr üzrə (aşağı, orta və yüksək) indeksləşdirilib.
Vüqar Gülməmmədov çıxışının sonunda onu da qeyd edib ki, digər bir məsələ məsafədən audit və böyük verilənlərin təhlili ilə bağlıdır. Hesabat ilində bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilib, məsafədən auditə imkan verən proqram təminatının yaradılması məqsədilə ilkin konsepsiya və texniki tapşırığın ilkin layihəsi hazırlanıb.
Sonra keçirilən müzakirələrdə komitə sədri Azər Əmiraslanov, sədr müavini Azər Badamov, deputatlar Əli Məsimli, Tahir Mirkişili, Vüqar Bayramov, Ziyad Səmədzadə, Aydın Hüseynov, Rövşən Muradov çıxış edərək Hesabat barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Palatanın sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Sonra iclasda üçüncü oxunuşda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb.
Bildirilib ki, qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib.
Layihə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə olunub.
Diqqətə çatdırılıb ki, təklif olunan qanun layihəsi “Aviasiya haqqında” adıçəkilən qanunun icrası ilə əlaqədar hazırlanıb və Azərbaycan Respublikasının beş məcəlləsinə və on iki qanununa uyğunlaşdırma xarakterli dəyişikliklər edilməsini nəzərdə tutur.
Bu qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.
İclasda deputatlar Zaur Şükürov, Əlibala Məhərrəmzadə, Heydər Əsədov, Müşfiq Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-04-2025