İşıqlı əməli ilə fəxarət zirvəsindən dünyamıza şəfəq saçan xanım
Tarix: 14-04-2025 | Saat: 10:23
Bölmə:Siyasət | çapa göndər

Ulu öndər Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanımın anım mərasimində demişdi: “O, xəstəxanada yatanda arzu edirdim ki, heç olmasa ad gününə kimi həyatda qalsın. Amma tale belə gətirdi ki, o, apreldə dünyaya gəldi, apreldə də dünyadan getdi”. Onun barəsində çox yazılıb, filmlər çəkilib. Amma “sanki nəsə deyilməmiş qaldı” hissi adamı tərk etmir. Bu, belə də olmalıdır. Zərifə xanım tarixin o nadir qadınlarındandır ki, fərqli qadınlıq obrazlarını özündə cəm etməyi bacarmışdı. Onun ən böyük nailiyyəti də elə bu idi. Qadınlığı və azad seçimi istehlakçı kultu işığında dərk edən gənclərin belə nümunələrə necə də ehtiyacı var! Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir nur mücəssəməsidir.
Qədim hikmət sahibləri deyərdilər ki, insan ruhu genişlənmək və əhatəli olmaqla yüksəlir. Zərifə xanımın həyatının xırda, bəzən gözdənqaçan nüansları, əslində, onun kimliyindən ən gözəl şəkildə xəbər verir. Tələbə yoldaşı danışırdı ki, müəllimi Ümmülnisə xanım ayağını sındıranda Zərifə xanım onun qayğısını elə çəkirdi, sanki öz doğma anasıdır. İş yoldaşları ilə elə səmimi münasibət yaratmışdı ki, illər sonra “biz onu həmişə sevəcəyik”, “o bizə insanlıq dərsi verirdi”, “hamımız onun tələbəsi sayıla bilərik”, “ən çətin anda ilk yardıma gələn o idi” deyə xatırlayırdılar. Rusiyanın məşhur oftalmoloqu akademik A.Nesterov Zərifə xanım Əliyeva haqqında yüksək fikirlər söyləyərək qeyd edirdi ki, “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada, o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu söyləmişdi.
Zərifə xanımın ən ağır şəraitdə zərərli istehsalatda tədqiqatlar aparması hamını təəccübləndirirdi. O, sənaye obyektlərində laboratoriyalar açırdı ki, işçilərin göz səhhətini nəzarətdə saxlaya bilsin. Şirvan (o zamankı Əlibayramlı) şəhərinin məktəblərində çalışırdı ki, uşaqların göz problemlərinin həlli yollarını tapsın. Bütün bunları SSRİ-də ən yüksək vəzifələrdə çalışan bir insanın həyat yoldaşı edirdi.
Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdu. Ulu öndərin Zərifə xanım barəsindəki bir sözü burada yerinə düşür: “O, mənə görə canını da verməyə hazır idi”. Zərifə xanımın gərgin iş qrafiki heç zaman həyat yoldaşının və övladlarının qayğısını çəkməsinə mane olmurdu. Heydər Əliyevin pəhrizi, qidalanması, sağlamlığı ilə birbaşa özü məşğul olurdu. Ulu öndər deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üstünə düşüb və o, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qayınanasının son aylarını xatırlayarkən çox maraqlı bir məqama toxunur: “Ölümündən bir ay öncə mənə dedi ki, vəziyyətim çox pisdi. Amma bunu hamıdan gizlədirdi. İndi başa düşürük ki, həmin xəstəliyin ağrılarına dözmək və gizlətmək mümkün deyildi. Amma Zərifə xanım bunu da bacarırdı”.
İlham Əliyev Zərifə xanım Əliyevanın vəfatından sonrakı günlər haqqında demişdir: “Anamın vəfatından sonra atam uzun müddət özünə gələ bilmədi. Hər gün məzarını ziyarət edirdi. Sanki həyatdan əlini üzmüşdü. İşdən evə yalnız axşamdan xeyli keçmiş haradasa gecə saat 11-də qayıdırdı. Elə bil normal həyat tərzini itirmişdi. Anamın yoxluğunu çox böyük ağrı hissi ilə yaşayırdıq. Onun ölümü ilə hər şey dəyişmişdi”.
Zərifə xanımın qardaşı, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin xatirələrindən: “Yadımdadır, Zərifənin ölümündən sonra bir dəfə Moskvada Heydər Əliyeviçə dedim ki, bəlkə, hər cümə axşamı onun məzarını ziyarət etmək şakərindən əl çəkəsiniz, bu, mənəvi cəhətdən də çətindir, sizə pis təsir edir. Lakin Heydər Əliyeviç o zaman heç kimi dinləmək istəmirdi”.
Dünya şöhrətli sənətkar Müslüm Maqomayevin xatirələrindən: “Zərifə xanımın ilini verəndən sonra birlikdə qəbristanlığa getdik. Heydər Əliyeviç məndən xanımının məzarı üzərində oxumağı xahiş etdi. Musiqi müşayiəti əvvəldən yazılmışdı. Fonoqramla Üzeyir Hacıbəyovun Zərifə xanımın da çox sevdiyi “Sənsiz” romasını pəsdən ifa etdim. Sanki onunla bir daha vidalaşdıq”.
Məşhur heykəltaraş, akademik Ömər Eldarovun dediklərindən: “-Danışmaqda hələ çox çətinlik çəkirdi. Sözün həqiqi mənasında, həyəcandan sanki boğulurdu. Yanına dəvət edib dedi: “Artıq xeyli təkliflər almışam. Keçinəndən az sonra sifətinin maskasını da çıxarıblar. İstəyənlər çox olsa da, düşünürəm ki, abidəni mütləq sən hazırlamalısan. İşə başla. Vaxt məhdudiyyəti yoxdur. İlinə çatdırmasan da, problem deyil. İşləmək lazımdır. Elə abidə hazırlamalısan ki, mənim də, qohumların da xoşuna gəlsin. Adına layiq abidə olmalıdır”. Beləliklə, işləməyə başladım.
28 aprel 1995-ci ildə (Zərifə xanımın doğum tarixi) Heydər Əliyevin bu sözləri də bir daha Zərifə xanımın insan ömürünün mütəfəkkirliyindən xəbər verirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”.
Heydər Əliyev sevdiyi qadını itirəndən sonra daha 18 il yaşadı. Bu illər çoxsaylı hadisələr, itkilər və problemlərlə səciyyəvidir. İstefa qərarından sonra tənhalığı daha kəskin hiss etməyə başlamışdı. Onun sevdiyi qadından çox tez ayıran taleyin amansızlığı ilə bağlı düşüncələr və birgə yaşanmış illərin xatirələri həyatının ayrılmaz yol yoldaşı olacaqdı.
Heydər Əliyev Oksana Puşkina ilə söhbətində onun niyə ikinci dəfə ailə həyatı qurmaması mövzu ilə bağlı suala cavab verərək məsələyə belə aydınlıq gətirmişdi: “Bilirsiniz, Zərifə xanım, sözün həqiqi mənasında, dostum idi. Mənim yolumda həyatını qurban verməyə hazır idi. Bəli, bəli məhz dediyim kimi: həyatını qurban verməyə hazır idi”.
Heydər Əliyevin vəfatından sonra 16 dekabr 2003-cü ildə “Vremya novostey” qəzetində belə bir fikir çap olunmuşdur: “Yüz minlərlə insan Fəxri xiyabanın çevrəsində dayanaraq Azərbaycan siyasətinin patriarxı Heydər Əliyevin 18 il əvvəl haqqın dərgahına qovuşmuş xanımı akademik Zərifə Əliyevanın yanında torpağa tapşırılmasına tamaşa edirdi. Yan-yana dəfn olunmalarını Heydər Əliyev özü dörd il qabaq, ürəyində ilk cərahiyyə əməliyyatı aparılanda yaxınlarına vəsiyyət etmişdi”.
Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir və milli qadın kimliyinin parlaq örnəyi olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaq.
Sənan Hüseynov
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-04-2025