Mobil versiya
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbəti sosial layihəyə start verib -Foto
Tarix: 14-04-2025 | Saat: 09:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbəti sosial layihəyə start verib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” yeni sosial layihəyə başlanılıb.

Layihə çərçivəsində ilk səyyar tibbi müayinə aprelin 10-11-də dağlıq rayon Lerikdə təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lerik şəhərində abidəsi ziyarət olunub.

Lerik Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı oftalmoloq, otorinolarinqoloq, endokrinoloq, nevroloq, uşaq nevroloqu, infeksionist, pediatr və travmatoloqdan ibarət peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 300-ə yaxın aztəminatlı və ehtiyacı olan vətəndaşa 600-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Müayinəyə gələn uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr verilib.
Tədbirin təşkilində AHİK könüllüləri də iştirak ediblər.
Qeyd edək ki, səyyar tibbi müayinələr üzvlərimizin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə dəstək vermək məqsədilə təşkil olunur. Layihənin ölkəmizin digər dağ, dağətəyi və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025