Mobil versiya
İrandan PUA ilə gətirilən narkotiki götürməyə gələn şəxslər saxlanılıb
Tarix: 14-04-2025 | Saat: 09:31
Bölmə:Ölkə | çapa göndər

İrandan PUA ilə gətirilən narkotiki götürməyə gələn şəxslər saxlanılıb

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib

Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Həsənov Anar Rasim oğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhyəddin oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf etmişlər.

Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilmişdir. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025