İlham Əliyevdən dünyaya MESAJ: "Min kilometrlərlə uzaqda yerləşən Fransa, yaxud digər ölkələr..."
Tarix: 10-04-2025 | Saat: 13:20
Bölmə:Siyasət | çapa göndər

“Ermənistanın dünyadan təcriddən xilas olmasının və regionda yolların açılmasının yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir”.
Bunu ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən VII ADA Siyasi Forumunda prezident İlham Əliyevin çıxışı barədə fikirlərini səsləndirən Milli Məclisin deputatı Azər Badamov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün prezident İlham Əliyev beynəlxalq beyin mərkəzlərinin nümayəndələri ilə keçirdiyi görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsində topun İrəvan tərəfində olduğunu və cavab gözlədiyimizi vurğulayıb:
“Eyni zamanda, üçüncü tərəflər mane olmasa, sülh prosesinin tezliklə yekunlaşacağını bildirdi. Həqiqətən də, bu gün Cənubi Qafqaza sülhün gəlməsini istəməyən qüvvələr var. Onların başında isə Fransa dayanır. Məhz Fransanın Ermənistana verdiyi hərbi dəstək və sülhdən uzaqlaşdırmaq cəhdləri ölkələrimiz arası münasibətlərin normallaşmasına böyük mane olur.
Prezident İlham Əliyevin bütün çıxışları Ermənistanda çox diqqətlə dinlənilir. O cümlədən ADA universitetində sələndirdirdiyi fikirlər Ermənistan üçün yol xəritəsi olmalıdır. Çünki hər dəfə ölkə başçımızın beynəlxalq tədbirlərdə etdiyi çıxışlardan sonra Ermənistanda iki ölkə arasında münasibətlərin formalaşdırılması istiqamətində müsbətə doğru irəlliləyişin olduğunu müşahidə etmişik. İndi də Ermənistan hakimiyyətinin ölkə başçımızın səsləndirdiyi mesajlardan nəticə çıxardacağını, sülh müqaviləsinin imzlanması üçün Minsk qrupunun buraxılması və konstitusiyasında dəyişikliklərin edilməsi üçün hərəkətə keçəcəyini hesab edirəm. Çünki Ermənistanın dünyadan təcriddən xilas olmasının və regionda yolların açılmasının yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir.
Min kilometrlərlə uzaqda yerləşən Fransa, yaxud digərləri Ermənistana silah və boş vədlər verib qırdırmaqdan başqa heç bir xeyir verə bilməz. Ancaq Azərbaycanla əməkdaşlıq münasibəti quracağı təqdirdə ölkəsini inkişaf etdirə və vətəndaşlarının güzəranına bir gün ağlaya biləcəklər. Bu baxımdan Ermənistanın başqa bir alternativi olmadığını hesab edirəm”.
Nəsimi Ələsgərli
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025
17-04-2025