Mobil versiya
SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb -Foto
Tarix: 10-04-2025 | Saat: 12:17
Bölmə:Gündəm | çapa göndər

SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşüb.

Görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region ölkələri ilə qaz təchizatı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə