Mobil versiya
Küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
Tarix: 10-04-2025 | Saat: 10:29
Bölmə:Ölkə | çapa göndər

Küləkli və yağıntılı hava müşahidə olunur -

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat evrilib.

Bildirilib ki, qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-da 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə