Mobil versiya
Von der Leyen 2030-cu ilin sonuna qədər dünyaya yeni beynəlxalq nizam vəd edib
Tarix: 18-03-2025 | Saat: 21:28
Bölmə:Özəl | çapa göndər

Von der Leyen 2030-cu ilin sonuna qədər dünyaya yeni beynəlxalq nizam vəd edib
Onilliyin ikinci yarısında yeni beynəlxalq nizamın yaranması müşahidə olunacaq və Avropa dəyişikliklərə hazırlaşmalıdır. RİA Novosti xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.O, qeyd edib ki, Aİ “dünyanı olduğu kimi görməli və dərhal hərəkətə keçməlidir”.

“Bu onilliyin ikinci yarısında yeni beynəlxalq nizam formalaşacaq. Buna görə də Avropa öz gələcəyi ilə bağlı fundamental seçim qarşısındadır”, - von der Leyen bildirib.
Onun sözlərinə görə, bu, Aİ-nin hər çağırışa cavab verməyə davam edib-etməməsindən, yoxsa fürsətdən istifadə edib “özünü müdafiə etməyə hazır və qadir olan daha təhlükəsiz Avropa” quracağından asılıdır.

Daha əvvəl AK rəhbəri bəyan etmişdi ki, 2030-cu ilə qədər Aİ ölkələri yüksək hərbi mobillik səviyyəsinə nail olmalı və hava hücumundan müdafiə sistemlərinin, raket əleyhinə müdafiə sistemlərinin, döyüş sursatlarının, bütün müasir tipli pilotsuz təyyarələrin və anti-dron sistemlərinin istehsalına investisiyaları artırmalıdır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2025