“Əks halda sülh olmayacaq və yenidən müharibənin başvermə ehtimalı artacaq”
Tarix: 18-03-2025 | Saat: 14:08
Bölmə:Siyasət | çapa göndər

“Bu gün şərti sərhəddə Ermənistanın təxribatları davam etməkdədir. Biz atəşkəsin pozulmasına başlandığı tarixə diqqət etsək görərik ki, bu, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı təqdim etdiyi bütün şərtlərini qəbul etdiyini açıqladıqdan sonra başlayıb. Burada Ermənistanın düşünülmüş hiyləgər planı var”.
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Ermənistan özünü sülhsevər kimi təqdim edir və beynəlxalq ictimaiyyət arasında özü haqqında aldadıcı rəy yaratmağa çalışır:
“Digər tərəfdən isə silahlanır və atəşkəsi pozmaqla müharibəyə hazırlığı test edir. Təbii ki, Ermənistan çirkin oyunlar oynamaqda davam edir. Şərti sərhəddə atəşkəsin pozulmasının intensivləşməsi Nikol Paşinyanın heç də sülh niyyəti olmadığını göstərir. Avropa İttifaqının kəşfiyyatçıları isə Ermənistanın təxribatlarını görmür və “ağzına su alaraq” hadisələri heç nə baş verməmiş kimi qəbul edir. Çünki məhz onların planı ilə Ermənistan Azərbaycanı təxribata cavab verməyə cəlb etmək istəyir.
Ordumuz hələ ki, səbr nümayiş etdirir. Amma Ermənistan atəşkəsi pozmağa davam edərsə, cavabımız çox ağır olacaq. Yaxşısı odur ki, Nikol Paşinyan təxribatlardan əl çəkib sülh müqaviləsinin bütün şərtlərini qəbul etdiyini açıqladığı kimi həmin şərtlərin icrasına da başlasın. Əks halda sülh olmayacaq və yenidən müharibənin başvermə ehtimalı artacaq”.
Gülnarə Abasova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-03-2025