“AzerGold” QSC Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib -Fotolar
Tarix: 18-03-2025 | Saat: 15:16
Bölmə:Ölkə | çapa göndər

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə bir qrup aztəminatlı ailəyə bayram sovqatları paylayıb. Sosial aksiya Göygöl rayonunun Tülallar və Zurnabad kəndləri üzrə aztəminatlı ailələri əhatə edib.
Novruz bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını ucqar kəndlərdə yaşayan ailələrə təqdim ediblər. Onlara Novruz bayramı münasibətilə Cəmiyyət adından təbriklər çatdırılıb.
Qeyd edək ki, "AzerGold" QSC-nin hasilat fəaliyyəti apardığı mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə mütəmadi olaraq təşkil edilən bu tip sosial yardım aksiyaları dövlət proqramlarına dəstək xarakteri daşıyır. Məqsəd bölgədə yaşayan aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025
18-03-2025